Ölkəni azad etdik, gəncliyin beynini işğal etdilər – İnformasiya savaşı sərhədini aşdı - VİDEO

Ölkəni azad etdik, gəncliyin beynini işğal etdilər – İnformasiya savaşı sərhədini aşdı - VİDEO
06.07.2026 15:44

Dünyanın müxtəlif cəbhələrində qanlı savaşlar gedir. Lakin 21-ci əsrdə masamızda ən az o savaşlar qədər təhlükəli bir cəbhə daha var: sosial şəbəkələr və gənclərin beyin xəritəsi. Sərhədə tank yeritmədən də insanları idarə etməyin yolunu tapıblar.

Bu gün “TikTok”, “Instagram” və “Telegram” və s. platformalar artıq sadəcə vaxt keçirmək, əyləncə platforması olmaq kontekstindən çox uzaqlaşıb. 

Avropa Parlamentinin rəsmi hesabatları göstərir ki, hazırda 15-24 yaş arası gənclərin düz 65%-i dünyada və ölkədə nə baş verdiyini ənənəvi xəbər saytlarından və ya televiziyadan yox, məhz sosial şəbəkələrdən öyrənir. Yəni, cəmiyyətin gələcəyinin əsas informasiya qaynağı artıq sosial media alqoritmləridir. Mənzərənin arxasında böyük rəqəmsal tələ gizlənir.

Ən böyük zərbə gənclərin düşünmə sisteminə dəyir. Araşdırmalara görə, hazırda yeni nəslin hər hansı sosial media postuna ayırdığı diqqət müddəti orta hesabla cəmi 6.5 saniyəyə düşüb. “TikTok”da 15 saniyədən qısa olan videoların 76%-i axıra qədər izlənildiyi halda, bir dəqiqəni keçən videolar dərhal ötürülür. Gənclər hər 40-44 saniyədən bir tətbiqlər arasında keçid edirlər. Bu o deməkdir ki, yeni nəsil artıq uzun, dərin və analitik mətnləri oxumaq, anlamaq qabiliyyətini itirir. Beyin o qədər sürətli və bəsit məzmuna öyrəşir ki, real həyatın, təhsilin və milli dəyərlərin gətirdiyi ağırlığı qəbul edə bilmir. Beləcə, gənclər daxili immunitetini itirərək virtual trendlərin əsirinə çevrilirlər.

İşin siyasi və strateji tərəfi isə rəqəmsal diplomatiya adı altında aparılan hibrid müharibədir. Avropa Statistika Agentliyinin məlumatına görə, gənclərin az qala 76%-i hər həftə sosial şəbəkələrdə bilərəkdən yayılan saxta xəbərlərə və manipulyasiyalara məruz qalır. İndi bir ölkədə xaos yaratmaq üçün sərhədə qoşun yeritməyə ehtiyac yoxdur. Xarici kəşfiyyat orqanları xüsusi bot orduları və saxta profillər vasitəsilə daxili auditoriyanın ən həssas damarını tapır. Hər hansı regional böhranda “Telegram” kanallarına sızdırılan panika videoları və ya “TikTok”dakı manipulyativ trendlər ictimai rəyi bir neçə saatın içində tamamilə dəyişə bilir. Əgər bir dövlət öz rəqəmsal sərhədlərini, yəni informasiya suverenliyini qoruya bilmirsə, onun cəmiyyəti kənar güclərin əlində asanlıqla idarə olunan bir kütləyə çevrilir.

Buna görə də torpağı qorumaq necə vacibdirsə, internet məkanımızı qorumaq da  bu gün eyni dərəcədə təhlükəsizlik məsələsidir. Amma çıxış yolu qadağalar qoymaq, interneti kəsmək və ya saytları bloklamaq deyil. Əsas hədəf gənclərdə media savadlılığını artırmaqdır ki, onlar ekranda gördükləri yalanla doğrunu özləri ayıra bilsinlər. Xaricdən gələn manipulyasiya dalğalarına qarşı daxildə güclü, keyfiyyətli və cəlbedici məzmun istehsal etməliyik. Çünki rəqəmsal dünyada öz informasiya məkanına sahib çıxa bilməyən dövlətlər, gələcəkdə müstəqilliyini də masada itirmək təhlükəsi ilə üz-üzə qalırlar.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUL 2026
Erməni mediası Prezidentlə bərabər Qarabağı gəzir 13:49 MM-in növbədənkənar sessiyasının son iclasının tarixi açıqlandı 13:43 Azərbaycanlı atanın oğlu Ermənistanda prezident oldu - Azərbaycanlılara düşmən kəsildi 13:40 Zahid Oruc: Bir mənzilin bir neçə şəxsə satılması artıq mümkün olmayacaq! 13:21 Prezident Azərbaycanı Orta Güc elan etdi 13:04 Onu görmürəm, ümid edirəm, həbs edilməyib - İlham Əliyev Qusmandan danışdı 12:55 Prezident Şuşada Qlobal Media Forumu keçirilən məkandan belə ayrıldı - VİDEO 12:47 İslamabad memorandumunun bəndləri qüvvədən düşdü 12:43 Dilicanın Meşəbəyisi Nəcəf Bəy Vəzirov 12:26 Döyüşlər bütün Bəsrə körfəzinə yayıldı 12:22 Vaxtilə kəmərlərə, dəhlizlərə görə kredit verməyənlər indi Azərbaycanın qapısında növbəyə durublar 12:20 İran ağır bombardman altında, Rusiya qırıcılarını köməyə göndərdi 12:03 Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak etdi - YENİLƏNDİ 08:58 Prezidentin ifşa etdiyi ermənisevər, korrupsioner Okampo kimdir? 12:02 Azərbaycana nifrət edən Qamsaxurdiya qatarda necə öldürüldü? 12:00 Milli Məclisin növbəti iclası başladı: Gündəlikdə 22 məsələ var 11:54 Sensasion rəqəm: Paytaxt istiqamətinə 350-dən çox PUA uçur... 11:52 Dövlət Bayrağı Meydanında qəzaya səbəb olub sürücüyü ağır yaralayanlar hadisə yerindən necə qaçdı? GÖRÜNTÜLƏR 11:46 İran qonşu dövlətləri vuracaq - Siyahıda kimlər var? 11:45 Prezident Monteneqrolu həmkarını təbrik etdi 11:41 Ermənistanın gizli planı Tovuzda belə darmadağın edildi – 6 il əvvəl baş verənlər 11:15 İranın vurduğu ABŞ bazası alovlar içində qaldı - VİDEO 11:34 “Zəngəzur dəhlizi vacib layihədir” - Prezident 11:29 NATO-nun Ankara Sammiti Türkiyənin inanılmaz gücünü ortaya çıxardı - Türkiyəyə qarşı "Xaç Yürüşü"nə başlanıldı 11:16 Haluk Leventin dərnəyinin istintaqında yeni detal: 26 şübhəlinin adı məlum oldu 11:15 Bütün Xəbərlər