Ukrayna-Rusiya-Moldova gərginliyi: Pridnestroviya yeni fokus nöqtəsi

Ukrayna-Rusiya-Moldova gərginliyi: Pridnestroviya yeni fokus nöqtəsi
30.12.2025 10:26

Ukraynanın hərbi-siyasi gündəmində yeni və təhlükəli istiqamət formalaşıb.

Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri Kirill Budanov Pridnestrovyeyə dair diqqətçəkən açıqlama ilə çıxış edərək, bu separatçı bölgənin Ukrayna tərəfindən “radikal yolla” sıradan çıxarıla biləcəyini bildirib.


Budanov Suspilne telekanalına müsahibəsində qeyd edib ki, Moldovanın Pridnestrovyeni hərbi yolla nəzarətə götürmək imkanları yoxdur, lakin Ukrayna üçün belə bir ssenari realdır.

“Pridnestrovyedə Rusiya hərbi kontingenti yerləşir və özünü orada kifayət qədər rahat hiss edir. Bu isə Ukrayna üçün potensial təhlükə yaradır. İstəsək, bu məsələni radikal şəkildə həll edə bilərik”, – deyə Budanov bildirib.

Sözügedən açıqlamanı TodayPress TV-yə şərh edən politoloq Çingiz Şahbazi bildirib ki, Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri Kiril Budanovun Dnestryanı Pridnestroviya ilə bağlı səsləndirdiyi fikirlər təsadüfi xarakter daşımır:


“Pridnestroviya beynəlxalq hüquqa görə Moldovanın ərazisi olsa da, uzun illərdir separatçı, rusiyapərəst rejimin nəzarətindədir və Rusiya hərbiçiləri bu əraziləri faktiki olaraq ‘qoruyur’. Moldova ordusunun separatçı rejimi ləğv etmək imkanları məhduddur, lakin Ukrayna üçün bu, hərbi baxımdan mümkün ssenaridir. Bu mənada Budanovun açıqlaması Rusiyaya ünvanlanmış açıq xəbərdarlıqdır”.

Ekspert qeyd edib ki, Dnestr çayının sol sahilində yerləşən separatçı bölgədəki Rusiya hərbi kontingenti hazırkı mərhələdə Ukrayna üçün real təhlükə mənbəyi hesab olunur:

“Bu əraziyə nəzarət edən Rusiya hərbi qüvvələri Ukraynanın təhlükəsizlik baxımından nəzərə almalı olduğu faktordur. Budanovun mümkün hücum planından danışması da məhz bu kontekstdə dəyərləndirilməlidir. Ukrayna ordusu hazırda ciddi döyüş təcrübəsinə malikdir və Moldovanın açıq etiraz etməyəcəyi halda bu planın icra olunması ehtimalı kifayət qədər yüksəkdir”.

Ç.Şahbazi vurğulayıb ki, Budanovun mesajı daha çox çəkindirmə xarakteri daşıyır:

“Əslində burada verilən əsas mesaj ‘zərurət yaranarsa, biz bunu edəcəyik’ məntiqinə əsaslanır. Texniki baxımdan Ukrayna üçün bu addımı atmaq problem deyil. Lakin hüquqi baxımdan bu ssenarinin reallaşma ehtimalı aşağıdır. Çünki Pridnestroviya Moldovanın ərazisidir və Ukraynanın birtərəfli müdaxiləsi Moldovanın neytrallıq mövqeyinin pozulması demək olar”.

Politoloqun sözlərinə görə, belə bir vəziyyət Moldovanın müharibəyə cəlb olunması riskini artırır:


“Bu isə avtomatik olaraq münaqişənin coğrafiyasının genişlənməsi deməkdir. ABŞ və Avropa Birliyi müharibənin genişlənməsini istəmir və məhz bu səbəbdən belə bir ssenariyə razılıq verilməsi real görünmür. Avropa Ukraynaya özünü müdafiə etmək üçün dəstək verir, lakin bu addım Avropanın təhlükəsizlik strategiyasına uyğun gəlmir”.

Ekspert hesab edir ki, Rusiyanın bu hücumu önləyə bilməməsi belə, ciddi siyasi nəticələr doğura bilər:

“Hərbi müdaxilə baş verməsə belə, siyasi gərginlik xeyli artacaq. Bu baxımdan Budanovun açıqlaması daha çox psixoloji və strateji əhəmiyyət daşıyır”.

Çingiz Şahbazinin fikrincə, bu mesaj bir neçə istiqamətə ünvanlanıb:

“Rusiya üçün "arxa bağçanız da təhlükəsiz deyil, separatçı rejim üzərində nəzarətiniz müvəqqətidir" mesajı verildi. Moldova hökumətinə isə "əgər qərar versəniz, sizə kömək edə bilərik" siqnalı ötürüldü. Eyni zamanda "Pridnestroviya Rusiyanın zəif nöqtəsidir" mesajı Qərb auditoriyasına hesablanıb”.

Politoloq əlavə edib ki, hazırkı mərhələdə bu ssenarilər real hərbi əməliyyat kimi görünməsə də, ciddi təsir mexanizmi yaradır:

“Bu açıqlamalar ehtimal variantlar kimi müxtəlif dairələrə təzyiq və xəbərdarlıq xarakteri daşıyır. Rusiya ilə uzun müddətdir müharibə aparan Ukrayna üçün bu, şantaj və çəkindirmə mexanizmi baxımından mühüm alətdir və Kiyevin danışıqlar masasında mövqelərini gücləndirən ciddi avantaj yaradır”.

Qeyd edək ki, Pridnestroviya Moldovanın şərqində, Ukrayna ilə sərhəd boyunca, Dnestr çayının sol sahilində yerləşən və beynəlxalq səviyyədə tanınmayan separatçı bölgədir. Regionda Rusiya hərbi qüvvələri hələ də mövcuddur. 

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 Bütün Xəbərlər