İsrailin bunu bilməməsi “Harop”a Qarabağda tarixi xəyanət olardı

İsrailin bunu bilməməsi “Harop”a Qarabağda tarixi xəyanət olardı
10.07.2026 11:37 Təhlil

CNN-nin iyunun əvvələində yaydığı qərəzli məlumat Azərbaycan – İsrail xəttində müəyyən qüvvələrin təxribat törətməyə çaslımasının aşkar təzahürü idi. 

İndiki situasiyada onu da anlamaq mümkündür ki, İsrail müharibə vəziyyətində olmaqla, xarici siyasətdə adekvatlığı gecikdirə bilər və ya düzgün qaydada münasibət açıqlamağı gecikdirər.

Lakin CNN-nin çirkin iddiasına Azərbaycan XİN-dən verilən cavab göstərdi ki, üçüncü qüvvələr İsraildə və ABŞ-da Azərbaycanı da İran ətrafında baş verən müharibənin dağıdıcı fazasına daxil etməyə çalışırlar.


İran – ABŞ – İsrail müharibəsi başlayandan rəsmi Bakı danışıqlar yolunu əsas çıxış nöqtəsi kimi açıqlamaqla yanaşı, mənsub olduğu regionda sabitliyin daimi tərəfdarı kimi çıxış edib. 

Amma “Müharibə dövründə İsrail Azərbaycana ordu yerləşdirib” kimi çirkin iddia birbaşa Azərbaycanı İranın sərhəd tanımayan zərbələri altına atmaq niyyətindən başqa bir şey deyildi. Hazırda müəyyən qənat də hasil etmək mümkündür ki, İsrail tərəfinin belə bir informasiyanın yayılımasından xəbəri olmaya bilməzdi və preventiv davranaraq yayılımasını dayandıra və ya sonradan feyk olmasını açıqlaya bilərdi, baxmayaraq ki, Azərbaycan tərəfi dərhal CNN-nin iddialarına əvvəlcədən cavab verdiyini və bu böhtanın dərc edilməyəcəyinə inanmaları ön plana çıxırdı.

Göründüyü kimi, İsrailin də dəstəyi ilə Azərbaycana böhtan atılmış, onu İranın, SEPAH-ın zərbə zonasına daxil edilməsi üçün qlobal oyun təşkil etmişdilər.

CNN effektindən bir ay keçməmiş İsrailin baş naziri Netanyahu bu dəfə qondarma “erməni soyqırımı” məsələsini gündəmə ataraq qlobal layları tərpətməyə cəhd etdi. 


Birinci iddia ilə bağlı ilk olduğu üçün hansısa digər yozumlar mümkün olsa da, artıq ikinci faza göstərdi ki, İsraildə konkret bir qrup türk dünyası və Azərbaycanla uğraşmağa qərar verib.

Türkiyə - İsrail münasibətlərinin regional çalarları və rəqabətlə bağlı, İran, əsasən də Suriya ilə bağlı toqquşmalarının tonu  məlumdur və hardasa başa düşmək olardı, lakin Azərbaycan həm də o ölkə idi ki, İsraillə hərbi – strateji tərədaş olmaqla yanaşı, Türkiyə ilə qardaş dövlətdir, hərbi müttəfiqdir və birgə fəaliyyət mexanizmlərinə malikdir.

Ayrıca, erməni məsələsi 30 ildən artıq ərazisi işğalda qalan Azərbaycan üçün qırmızı xəttdir. Bunu İsrailin bilməməsi “Harop”a Qarabağda tarixi xəyanət olardı.

Lakin baş nazirin tarixi həqiqətləri qərəzli qaydada çarpdırmağa çalışması ölçüyə və əndazəyə sığışası deyildi deyə, Azərbaycan XİN dərhal başqa bir açıqlama ilə İsrail adminstrasiyasının tələsik qərar qəbul etdiyini və bir daha ölçüb- biçməsini məsləhət gördü.

Biz artıq iki ayda İsraildən qaynaqlanan iki yanlış mövqenin korrektəsi üçün rəsmi qaydada fikir bildirdik.

Halbuki, İsrailin “erməni soyqırımı” laylası çalmağa can atdığı günlərdə erməni baş nazir Paşinyan bildirdi ki, bu məsələ siyasi oyuncaq vasitəsi deyil və  yaxşı olardı ki, bir növ “öləni öldüyü yerdə qoyalar, qala” .

İkinci bir maraqlı detal isə İran prezidenti Pezeşkianla bağlı idi. O Azərbaycan rəhbərinə zəng edərək müharibə dövründə rəsmi Bakının Tehrana verdiyi hümanitar dəstəyə görə təşəkkür etdi. Azərbaycanın həmişə İranın yanında olduğunu bildirdi. Eyni mövqeni bu günlərdə Bakıda səfərdə olan spiker Qalibaf da bəyan etdi, o onların mövqeyi, bu da İsrailin.

Nəhayət, Netanhayu İsrail deyil və dərhal dünyanın bütün nöqtlərindən baş nazirə müxtəlif yəhudi təşkilatları etiraz məktubları yolladılar və Azərbaycan kimi qiymətli, ədalətli tərəfdaşın itkisinin kompensasiya edilməyəcək həddə ola biləcəyini başa saldılar.

İsrail böyük ölçüdə hazırda Azərbaycandan asılıdır.

2025-ci ildə İsrail Azərbaycan neftini gündə orta hesabla 94 min barrel (təxminən 13 min ton) idxal edib. Bu, İsrailin ümumi xam neft idxalının 46,4%-ni təşkil edir və 2024-cü illə müqayisədə 31% artım deməkdir.


İnfoqrafikadan da göründüyü kimi, Azərbaycan İsrail üçün 50 faiz yaşam və mövcudluq səbəbidir. Yeri gəlmişkən, hazırda müharibə aparan iki ölkəni müqayisə etmək heç də  pis olmazdı.

Ukraynanın neft emalı zavodlarına (NƏZ) vurduğu dron və raket zərbələri Rusiyada ciddi yanacaq qıtlığına səbəb olub. İyul 2026-cı ilə olan məlumatlara görə, ölkənin əksər regionlarında benzin və dizel problemi yaşanır.

Rusiya neft emalı gücünün 15-28%-i (bəzi mənbələrə görə pikdə 20%-dən çox) zədələnib. Ukrayna tərəfi 42% itki iddia edir. Rusiya ehtiyat qabiliyyətlərdən istifadə etsə də, qıtlıq tam aradan qalxmayıb.

83 regiondan demək olar ki, hamısında yanacaq kəsintisi var. Bir çox yanacaqdoldurma məntəqəsində satış məhdudlaşdırılıb - 20 litr benzin və ya 40 litr dizel bir nəfərə. Növbələr saatlarla (5-18 saat) davam edir, bəzi stansiyalar bağlanıb. Moskva, Sankt-Peterburq, Tatarstan, Krasnodar və Krım ən çox təsirlənən bölgələrdir. Qiymətlər artıb, insanlar avtomobillərini qazla işləməyə keçirir.

Putin problemi “müvəqqəti” adlandırıb, hökumət isə idxal və ehtiyat paylanmasını artırmağa çalışır. 

Böhran Rusiyanın daxili yanacaq bazarına ağır zərbə vurub.

Belə, Azərbaycandan neft nəql edən İsrail isə eyni aqibəti yaşamadı və bunun qarşılığı kimi dostanə münasibətə geri qayıtmaldır.

Belə bir xoş eyhamın ilk cücərtisini isə Azərbaycan XİN-nin çağırışından sonra İsrail hökuməti qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı rəsmi prosedurları dondurmasına dair yayılan xəbərlərdə gördük.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

FOTOLAR

İsrailin bunu bilməməsi “Harop”a Qarabağda tarixi xəyanət olardı — 1
XƏBƏR LENTİ
11 IYUL 2026
Hər gün bu qədər badam yeyin – Bədəninizdəki dəyişiklik sizi təəccübləndirəcək 23:17 Saakaşvili Putinlə bağlı ilk dəfə bunları dedi 01:44 Bakıda məktəb ərazisində bıçaqlanma oldu 01:39 Türkiyəyə səfər etdi, İnstagram hesabı “partladı” 01:25 Bəqayi Trampı “yalançı çıxartdı” 00:58 DÇ-2026: İspaniya Belçikanı məğlub etdi 22:51 Tərksilah çağırışına cavab: İraqdakı qruplaşma qərarını AÇIQLADI 00:48 İranın gizli nüvə mərkəzində nələr baş verir? 00:19 Bu sahədə fəaliyyət göstərənlər 70 manat ödəyəcək 23:51 Ucarda dəhşətli hadisə - Yeniyetmədən xəbər yoxdur 22:56 Fidan: “Pulunu ödədiyimiz F-35-ləri geri almaq problem olmayacaq” 23:03 Ukraynanın zərbələri Rusiyanın “yanacaq damarını” kəsdi 22:46 Şahbaz Şərifdən Pezeşkiana TƏCİLİ zəng - Nə müzakirə edildi? 22:24 ABŞ-dən Rusiyanı sarsıdacaq qanun layihəsi gəlir 22:03 Zelenski Putinin çevrəsindən danışdı: “Onlar da sülh istəyir” 21:47 Ərdoğan Hakan Fidanı Ukraynaya göndərir 21:41 4 gündür tapılmayan qızın axtarışlarına helikopter cəlb olundu - VİDEO 21:22 Bu ölkə millisi dünya çempionu olacaq 21:15 44 yaşlı kişi faciəvi şəkildə öldü 21:11 İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi 20:58 İran danışıq iddialarını təkzib etdi 20:54 Goranboyda ağır qəza: Xəsarət alanlar arasında azyaşlılar da var 20:38 Vuçiç istefa verəcəyi tarixi AÇIQLADI 20:33 Crescent Mall-da həyəcan siqnalı - VİDEO 20:11 Tramp əmr verdi: “Mənə nəsə olsa…” 20:01 Bütün Xəbərlər