Bu dəfə “Sülh Körpüsü” təşəbbüsü Qəbələyə çatdı — Fərhad Məmmədov

Bu dəfə “Sülh Körpüsü” təşəbbüsü Qəbələyə çatdı — Fərhad Məmmədov
13.04.2026 10:49

"Aprelin 10–12-də Qəbələ şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində həyata keçirilən dördüncü görüşü baş tutub. Ermənistandan olan iştirakçılar bütün qanuni prosedurlara riayət etməklə Qazaxda quru sərhədini keçib, avtobusla Gəncəyə gəlib, Gəncədən Qəbələyə qatarla yollanıb, geri isə avtobusla qayıdıblar. Bu marşrut Qazax, Ağstafa, Tovuz, Göylar, Şəmkir, Gəncə, Yevlax, Ağdaş və, əlbəttə ki, Qəbələ şəhərlərindən keçidi əhatə edib".

Bu sözləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov TodayPress TV-yə açıqlamasında deyib.


Onun sözlərinə görə, 4 diskussiya sessiyası, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüş və mətbuat konfransı keçirilib. Qeyri-rəsmi ünsiyyətə də geniş vaxt ayrılıb:

"Müzakirələr əsasən regiondakı proseslər, qonşuluqda baş verən müharibələr nəticəsində artan qeyri-müəyyənliklər, daxili və xarici amillərin sülh prosesinə təsiri ətrafında aparılıb. Ayrı-ayrı sessiyalar təşəbbüs iştirakçılarının öz ölkələrində fəaliyyəti, iki ölkə cəmiyyətlərinin sülh gündəliyini necə qəbul etməsi, sülh üçün maneələr və imkanlara həsr olunub. Həmçinin sülh prosesinin növbəti mərhələsində qarşılıqlı fəaliyyətin forması ilə bağlı fikir mübadiləsi aparılıb.


Əlbəttə ki, sülh gündəliyini müəyyən edən əsas amil bu gündəliyi razılaşdıran iki ölkə hökumətlərinin legitimliyidir. İyun ayının əvvəli bu legitimliyin nə dərəcədə davamlı olacağını və vətəndaş cəmiyyəti nümayəndələrinin hansı şərtlər çərçivəsində birgə fəaliyyətini davam etdirə biləcəyini göstərməlidir. Bu amil sülh prosesinin təməlidir və prosesin geri çevrilə bilən olub-olmayacağı sualına cavab verməlidir".

F.Məmmədov bildirib ki, belə görüşlərin keçirilməsi bir-birini anlamağa, reallıqlarla tanış olmağa və gələcək addımları müəyyən etməyə imkan verir:

"Bu gün demək olar ki, sülh gündəliyi daha aydın çərçivə qazanır və real perspektivlər formalaşır. Diskussiyalar çərçivəsində münaqişənin dərin travmaları, həssas mövzular və cəmiyyətlərin sülhə hazırlığı nəzərdən keçirilir. Məhz belə səmimi və etimadlı müzakirələr vasitəsilə irəliyə doğru hansı istiqamətlərdə hərəkət etməyin mümkün olduğu müəyyənləşir. Hamıya aydındır ki, bu, səbir, ardıcıllıq və dözüm tələb edən uzun bir yoldur.


Sülh prosesinin dinamikası yüksəkdir, mövcud şəraitdə mümkün olan hər şey edilir. Vətəndaş cəmiyyəti də bu prosesin tərkib hissəsidir və öz rolunu müəyyən etməyə çalışır, həm birgə fəaliyyət göstərir, həm də öz ölkələrində fəaliyyətini həyata keçirir".

Qiymət Mahir

XƏBƏR LENTİ
20 AVQUST 2026
Ben Qurion Hava Limanı iflic oldu: 107 min sərnişin təhlükə qarşısında 16:24 Bratislavada Azərbaycan fırtınası: iki qadın güləşçimiz yarımfinala çıxdı! 17:08 Hövsandakı "Araz" marketlərdə kartla ödəniş dayandı, sakinlər kassada qaldı 16:52 NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu! 16:45 Türkiyədən Netanyahunun təhdidlərinə sərt cavab: “Onun oyunlarını puça çıxaracağıq” 16:11 Fernando Alonso üçün yeni dövr başlayır? “Aston Martin”dən mühüm addım 16:04 İran Kaliforniyanı öz ərazisi elan etdi 15:49 “Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi 15:40 Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 Bütün Xəbərlər