Britaniya Yaxın Şərqə QOŞUN YERİDİR?: "Müdafiə" adı altında...

Britaniya Yaxın Şərqə QOŞUN YERİDİR?: "Müdafiə" adı altında...
01.04.2026 11:47

Böyük Britaniya Yaxın Şərqdə İranın hücumlarına qarşı müdafiə tədbirlərini gücləndirmək məqsədilə bölgəyə əlavə hərbçilər və hava hücumundan müdafiə sistemləri göndərəcək. Bu barədə ölkənin müdafiə naziri Con Hili məlumat verib.


Qeyd edək ki, daha öncədən də Böyük Britaniya hökuməti Yaxın Şərqdə davam edən münaqişəyə birbaşa qoşulmaq niyyətində olmadığını və yalnız müdafiə xarakterli tədbirlər gördüyünü vurğulayıb.       

Maraqlıdır, bu münaqişəyə qoşulmaq üçün hazırlıq tədbirləri sayıla bilərmi?

Sözügedən məsələni politoloq Züriyə Qarayeva TodayPress TV-yə şərh edib.


O bildirib ki, Böyük Britaniyanın bu addımını birbaşa münaqişəyə qoşulmağa hazırlıq kimi qiymətləndirmək olmaz:   

"Rəsmi London bildirir ki, bölgəyə əlavə qüvvələrin göndərilməsinin məqsədi preventiv və müdafiə xarakteri daşıyır. Xüsusilə Böyük Britaniya kimi aktorlar belə situasiyalarda ilk növbədə öz hərbi kontingentlərini, bazalarını və müttəfiqlərini qorumağa fokuslanırlar. Hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi də əsasən mümkün raket və dron təhdidlərinin qarşısını almağa yönəlib ki, bu da hücum deyil, risklərin idarə edilməsi strategiyasına uyğundur". 

Analitikin fikrincə, bununla belə, bu kimi addımlar dolayısı ilə hərbi eskalasiyaya hazırlıq elementlərini də ehtiva edə bilər: 


"Çünki regionda hərbi infrastrukturun gücləndirilməsi, şəxsi heyətin artırılması və müdafiə sistemlərinin yerləşdirilməsi zərurət yarandığı halda daha sürətli və çevik müdaxilə imkanları formalaşdırır. Yəni rəsmi olaraq müdafiə xarakteri daşısa da, praktik baxımdan bu, potensial iştirak üçün operativ baza qurmaq anlamına gəlir. Bu kontekstdə Böyük Britaniya bir tərəfdən münaqişədən kənarda qalmağa çalışır, digər tərəfdən isə vəziyyətin kəskinləşəcəyi təqdirdə passiv müşahidəçi mövqeyində qalmamaq üçün ehtiyatlı şəkildə öz mövqelərini möhkəmləndirir".  

Qeyd edək ki, ABŞ və İsrail İrana qarşı fevralın 28-də hərbi əməliyyatlara başlayıblar. ABŞ Prezidenti Donald Trampın təkliflərinə baxmayaraq, Britaniya Baş naziri Kir Starmer bildirib ki, ölkə müharibəyə qoşulmayacaq, lakin regiondakı maraqlarını və müttəfiqlərini qorumaqda davam edəcək.  

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Banqladeşdə yeni prezident seçildi 16:53 Ben Qurion Hava Limanı iflic oldu: 107 min sərnişin təhlükə qarşısında 16:24 Bratislavada Azərbaycan fırtınası: iki qadın güləşçimiz yarımfinala çıxdı! 17:08 Hövsandakı "Araz" marketlərdə kartla ödəniş dayandı, sakinlər kassada qaldı 16:52 NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu! 16:45 Türkiyədən Netanyahunun təhdidlərinə sərt cavab: “Onun oyunlarını puça çıxaracağıq” 16:11 Fernando Alonso üçün yeni dövr başlayır? “Aston Martin”dən mühüm addım 16:04 İran Kaliforniyanı öz ərazisi elan etdi 15:49 “Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi 15:40 Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 Bütün Xəbərlər