ABŞ-İran münaqişəsini yenidən qızışdıran 4 SƏBƏB - Memorandumu heçə saydılar

ABŞ-İran münaqişəsini yenidən qızışdıran 4 SƏBƏB - Memorandumu heçə saydılar
08.07.2026 11:49

İslamabad Memorandumunun imzalanmasından qısa müddət sonra ABŞ və İran arasında hərbi gərginlik yenidən pik həddə çatıb.

Bəs memoranduma baxmayaraq, ABŞ-İran münaqişəsi niyə yenidən başladı?

Məsələ ilə bağlı politoloq Sədrəddin Soltan TodayPress TV-yə danışıb.


O bildirib ki, iyulun 11-də İslamabadda Pakistanın vasitəçiliyi ilə ABŞ və İran nümayəndələri arasında görüşün keçirilməsi nəzərdə tutulur. Tərəflər arasında danışıqlara verilən fasilə daha çox Xameneinin dəfn mərasimi ilə əlaqələndirilir.

Ekspert qeyd edib ki, indiyədək memorandumdan sonra tərəflər arasında iki dəfə belə insident yaşanıb:

"Bu danışıqların dayanmasına, atəşkəsin pozulmasına, yaxud memorandumun müddəalarının pozulmasına aid edilmir. Hesab edirəm ki, İran tərəfi danışıqlar öncəsi, eləcə də Türkiyədə keçirilən NATO sammitinə bu davranışı ilə bir ismarıc göndərir. Çünki əvvəlcə İran hərbçiləri, yəni SEPAH, Körfəz ölkələrinin tankerinə hücum edib. Ona cavab olaraq ABŞ İranın Körfəzdəki bazalarını bombalayıb. Sonra İran tərəfi də yenidən Bəhreyn, Oman və digər ölkələrdə ABŞ-nin bazalarına hücum edib. Səudiyyə Ərəbistanı və Oman İranı tankerlərə hücumda ittiham edib".

Analitikin qənaətincə, Tehran hakimiyyətinin özünü yenidən təcavüzkar kimi göstərməsi və ABŞ-nin buna cavab verməsi tərəflər arasında həm də güc nümayişidir:

"İran tərəfi sübut etmək və göstərmək istəyir ki, Körfəzdə, xüsusən Hörmüz boğazında güclüdür, əraziyə nəzarət edir və bu su hövzəsi onun nəzarəti altındadır. ABŞ isə bunun əksini Tehran hakimiyyətinə göstərir, bildirir ki, Tehran hakimiyyətinin bu tip hərəkətləri cavabsız qalmayacaq. Həm də bildirir ki, Körfəz ölkələrinin maraqlarını və təhlükəsizliyini müdafiə edəcək".

Sədrəddin Soltan əlavə edib ki, bütün hallarda bunu tərəflər arasında güc nümayişi kimi qiymətləndirmək olar.

O qeyd edib ki, burada başqa variant da mümkündür: "SEPAH-la İran hakimiyyəti daxilində olan qarşıdurma SEPAH-ı bu addımı atmağa və bütün danışıqları pozmağa yönəlmiş davranış sərgiləməyə məcbur edir. Ola bilsin ki, SEPAH bu addımı ilə həm də hakimiyyətdaxili danışıqlara meyilli olan, danışıqların aparılmasının tərəfdarı olan və SEPAH-ı görməzdən gələn, onu blokadada saxlamaq istəyən qüvvələrə xəbərdarlıq edir. Yəni başqa sözlə, birincisi, ABŞ-İran münasibətlərinin gərginləşməsi tərəflərin bir-birinə güc nümayiş etdirməsidir. İkincisi, İran hakimiyyəti daxilində münasibətlərin aydınlaşmasına xidmət edir. Üçüncüsü, Körfəz ölkələrinə, xüsusən Oman, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinə İranın ismarıcıdır. Dördüncüsü isə NATO-nun Ankarada keçirilən zirvə toplantısına Tehran hakimiyyətinin özünəməxsus ismarıcıdır."

Jalə Rövşən 

FOTOLAR

ABŞ-İran münaqişəsini yenidən qızışdıran 4 SƏBƏB - Memorandumu heçə saydılar — 1
XƏBƏR LENTİ
20 AVQUST 2026
“Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 Bütün Xəbərlər