Ziya Bünyadovla bağlı ŞOK İTTİHAM – Tariximizi saxtalaşdırıb?

Ziya Bünyadovla bağlı ŞOK  İTTİHAM  – Tariximizi  saxtalaşdırıb?
13.08.2026 14:53

Ümid Partiyasının sədri İqbal Ağazadə “Media Türk”ün efirində çıxışı zamanı Azərbaycan tarixinin yenidən araşdırılmasının vacibliyini bildirib. O, İqrar Əliyev və Ziya Bünyadovun yazdığı tarixlərin Azərbaycan tarixini tam əks etdirmədiyini və bu tarixlərin SSRİ-nin ideoloji sifarişi əsasında hazırlandığını iddia edib.

TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan tarixçi-politoloq Faiq Ələkbərli deyib ki, türk xalqlarının Azərbaycana, Anadoluya gəlmə olması ilə bağlı fikirlər anti-türk ruhlu alimlər və tarixçilər tərəfindən uydurulub:

“Bunun heç bir əsası yoxdur. Bu torpaqlarda min illər boyu yaşamışıq, yaşamağa da davam edirik. Azərbaycan, Anadolu, Kərkük, Türküstan, Krım həmişə türk torpaqları olub. Çar Rusiyası, sonra Sovet Rusiyası, eləcə də 1925-ci ildən sonra Pəhləvilər və digərləri, bir çox Qərb alimləri türklərin bu torpaqlara gəlmə olduqlarını iddia edirlər.

Çox təəssüflər olsun ki, bu məsələlərdə İqrar Əliyev, Fəridə Məmmədova kimiləri mühüm rol oynayıblar. Ziya Bünyadov isə bu məsələdə digərləri kimi kəskin mövqedən çıxış etməyib. Lakin İqrar Əliyev Tarix İnstitutunun direktoru olduğu dövrlərdə 7 cildlik Azərbaycan tarixinin 1-2-ci cildlərində bu fikirləri bildirmişdi ki, türklər bu torpaqlara gəlmədirlər. Ziya Bünyadovun fikirlərində isə türklərin gəlmə olması məsələsi əksini tapmır. “Azərbaycan IX-XI əsrlərdə” əsərində orada qeyd olunub ki, Azərbaycan qədimdən türklərin yaşadığı bir diyardır.

Lakin İqrar Əliyev, Fəridə Məmmədova kimi tarixçilərin sözügedən məsələdə irəli sürdüyü fikirlərin heç bir əsası yoxdur.

7 cildlik Azərbaycan tarixinin ilk 6 cildi müstəqillik dövründə nəşr olunsa da, sovet dövründə hazırlanıb. Sovet ideologiyasında 1935-ci ildən sonra Stalinin göstərişi ilə türklərin buraya gəlmə olması ilə bağlı məlumatlar yayılırdı”.

Tarixçinin sözlərinə görə, İqrar Əliyev ilk başlarda türklərin qədimdən burada olduğunu yazmağa başlasa da, Moskvanın rəsmi sifarişi əsasında fikirlərini təkzib etməyə başladı:

“Azərbaycan bu torpaqlarda hər zaman var olub. Bunu təsdiqləyən bir çox ərəb, İsrail, Roma mənbələri var. “İskit”, Assur mənbələrində “İşquz” adlandırılanlar oğuzlar, qıpçaq türkləri olublar.

Bu kimi yanaşmaların əsas mənfi cəhəti odur ki, bizə torpaqlarımıza gəlmə damğası vurularaq bizi vəhşi, barbar, işğalçı kimi qələmə verməyə çalışırlar. Ölkə daxilində yaşayan digər etnik qrupları bizə qarşı qaldırmaq istəyiblər. Digər etnosların burada olduğunu inkar etmirik. Lakin Atilladan, Səlcuqlardan öncə də biz bu torpaqlarda olmuşuq”.

FOTOLAR

Ziya Bünyadovla bağlı ŞOK  İTTİHAM  – Tariximizi  saxtalaşdırıb? — 1
XƏBƏR LENTİ
13 AVQUST 2026
Təyyarədə şübhəli "Wi-Fi": Uçuş ləğv edildi 15:18 Türkiyədə turist gəmi yandı - 115 nəfər... 15:33 Gözəllik salonunda tanışını qətlə yetirmək istəyən şəxsə hökm oxundu 16:10 Ermənistanda hərbçinin müəmmalı ölümündən sonra vəzifəli şəxs istefa verdi 15:57 Doku “Mançester Siti” ilə gələcəyini rəsmiləşdirdi 15:51 FHN əhaliyə müraciət etdi 15:44 Samuxda qarayara həyəcanı: 9 nəfər xəstəxanaya yerləşdirildi 15:37 Qeyri-sabit hava bu tarixə qədər davam edəcək - XƏBƏRDARLIQ 15:29 Qahirədə qızıl qazandı, reytinqdə zirvəyə doğru irəlilədi 15:22 6 yeni ekspres marşrutu sabahdan fəaliyyətə başlayır - VİDEO 15:18 Karta pul yüklədi, amma faizlə qarşılaşdı – Bank səbəbini açıqladı 15:06 Ferstappenin ən ağır çempionluğu: “Bu, əsl müharibə idi” 15:07 Ziya Bünyadovla bağlı ŞOK İTTİHAM – Tariximizi saxtalaşdırıb? 15:00 Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon yük göndərildi 14:45 UEFA “Rakuv”a sərt cəza verdi: növbəti pozuntuya sektor qadağası! 14:43 Kaya Kallas İsrailə təşəkkür etdi 14:30 Putinin İturupa səfəri Tokionu ayağa qaldırdı: Yaponiya Rusiyaya etiraz etdi 14:16 Reyndersə 60 milyon avroluq təklif: “Mançester Siti”dən ayrılır? 14:02 İsrail Livandan çəkilməyəcək - Müdafiə naziri ordudan uzunmüddətli hazırlıq tələb etdi 13:39 “Karri heç yerə getməyəcək!” – “Golden State”dən əmin mesaj 13:58 Paşinyan Simonyana yeni vəzifə verdi 13:48 ABŞ və Yaponiya Çinə qarşı nəhəng layihəyə hazırlaşır: Dünyanın ən dərin mədəni tikiləcək 13:35 Paşinyan: “Dostluq şəraitində həll istəyirik” 13:43 Piastri zirvəyə gedən yolu açıqladı: “Yeni şeylər sınayıram” 13:35 “Atletiko”nun əsas hücumçusu mövsümün əvvəlində sıradan çıxdı 13:30 Bütün Xəbərlər