Ukraynanın arxasındakı güc ortaya çıxdı: Ərdoğan Rusiyanı bütün cəbhələrdə məğlub etdi

Ukraynanın arxasındakı güc ortaya çıxdı: Ərdoğan Rusiyanı bütün cəbhələrdə məğlub etdi
18.06.2026 15:13

Türkiyə ilə Rusiya arasındakı əlaqələr fəqli bir mərhələyə keçib. Eyni vaxtda həm rəqib, həm də müəyyən məsələlərdə partnyor olurlar.

Suriyada Türkiyə öz sərhəd təhlükəsizliyi üçün əməliyyatlar keçirir və bəzi bölgələri nəzarətdə saxlayır. Rusiya isə Əsəd rejimini dəstəkləyir. Buna baxmayaraq, Astana formatı vasitəsilə bir-birləri ilə danışırlar.

Ukrayna müharibəsində Türkiyə Bayraktar dronları ilə Ukraynaya yardım edir, Montrö Konvensiyasına uyğun olaraq Qara dəniz boğazlarını Rusiya hərbi gəmilərinə bağlayır, Krımın ilhaqını tanımır.

2020-ci ildə Qarabağ müharibəsində Türkiyə Azərbaycanı açıq dəstəklədi və bu bu da regionda balansı dəyişdirdi.

Bütün bu ziddiyyətlərə rəğmən əlaqələr tam kəsilmir. Rusiya Türkiyənin ən böyük təbii qaz təchizatçılarından biridir (qazın təxminən 40-45%-i). TurkStream qaz kəməri işləyir, Akkuyu Atom Elektrik Stansiyası isə Rusiya tərəfindən tikilir. Türkiyə həm də Rusiya qazı və nefti üçün vacib tranzit ölkəsidir. İki ölkə arasında ticarət həcmi on milyardlarla dollara çatır. Ankara xüsusilə Qərb sanksiyaları dövründə Rusiya üçün vacib iqtisadi partnyor rolunu oynayır. 2026-cı il iyun ayında Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Moskvada rusların “Harvard”ı sayılan MGIMO Universitetindən fəxri doktorluq dərəcəsi aldı. Bu, Rusiyanın Türkiyəni strateji cəhətdən çox vacib və əvəzolunmaz ölkə saydığını göstərən açıq siqnal idi.

Münasibətlər qarşılıqlı asılılıq üzərində qurulub. Rusiya enerji və böyük bazar verir, Türkiyə isə coğrafi mövqe, güclü ordu və regional təsir imkanı verir. Hər iki ölkə də problemləri kənarda saxlayıb maraqlarını qorumağa çalışır. Türkiyə həm NATO üzvü, həm regional güc, həm də Rusiya ilə işgüzar əlaqə saxlayan ölkə kimi davranır. Moskva Ankaranı itirmək istəmir, çünki Qara dəniz, Suriya, Qafqaz və enerji yollarında Türkiyə olmadan çox şey edə bilməz.

Jalə Rövşən

XƏBƏR LENTİ
18 IYUN 2026
Adına Bakıda küçə var, Ermənistanda isə onu xatırlayan çoxları – Şirin Mirzəyevi minaya necə saldılar? 16:18 17 yaşlı qızın soyumamış bədəni sosial şəbəkədə qaldı: “Əxlaq polisləri” hücuma keçdi 16:02 Zelenski Rusiyanın "atasına od qoyur" - Napoleondan 214 il sonra Moskvanı yandırdılar 15:49 Qaş və kirpik baxımında istifadə olunan 7 təbii gücləndirici üsul 15:50 Koçaryanın hava limanındakı gizli fotosu necə sızdı? — Paşinyandan ŞOK ETİRAF 15:42 Bakıda sakinlərin 34 ildir “qoruduqları” qatil – Onu niyə təslim etmirik? 15:38 Dilicandakı təcili görüşün pərdəarxası: Paşinyan ilk dəfə açıqladı! 15:29 Ukraynanın arxasındakı güc ortaya çıxdı: Ərdoğan Rusiyanı bütün cəbhələrdə məğlub etdi 15:13 Prezident: Ermənilərin məscidlərimizdə donuz saxlamaqlarını heç vaxt unutmayacağıq 15:17 Müharibənin acı mənzərəsi gözlər önünə sərildi: 555 nəfər artıq yoxdur... 15:02 Şıxovdan dənizə axıdılır - Əhali narahat olub, yerin altını dinləyir 14:46 Azərbaycanlı sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu 14:47 "Araz-Naxçıvan"da yeni müqavilə 14:33 Yolunu tapdılar: Repetitorluq bitir 14:22 Azərbaycan xalqı Qarabağa köçür 14:16 Asiyanın ən varlı ölkəsi ilə viza aradan qalxır 14:13 Hamı Aykut Kocamanı gözləyirdi, amma sürpriz qərar verildi: "Fənərbaxça"nın yeni baş məşqçisi bəlli oldu 13:52 Rusiya nə qədər vursa da, Moskva səması Ukrayna PUA-ları ilə doludur 13:54 Konate "Real"da - RƏSMİ 13:45 Zahid Oruc: ”Gələcəyin zənginlik və kasıblıq bölgüsündə meyarlar dəyişir” 13:27 ADY bu istiqamətdə eneji sistemlərini yenilədi 13:30 Prezident ən yaxşı mükafatı "Dost"una verdi 13:23 Ərəb nümayəndələr Prezidentə söz verdi: Abşeronu su ilə... 13:20 Mübariz İbrahimov minalanmış sahəni keçib posta sızdı, sonradan gələn XTQ 45 meyit saydı – Ermənistan ordusu tarixində belə zərbə yeməyib 12:51 Sabahın havası açıqlandı - Neçə dərəcə isti gözlənilir? 12:42 Bütün Xəbərlər