Şərtlər dəyişir: Trampı Xamenei ilə görüşəcək? – RƏY

Şərtlər dəyişir: Trampı Xamenei ilə görüşəcək? – RƏY
16.02.2026 18:07 Təhlil

ABŞ Dövlət katibi Marko Rubio Prezident Donald Trampın İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşə hazır olduğunu bəyan edib. 


Bu açıqlama Vaşinqton–Tehran xəttində mümkün yüksək səviyyəli təmas ehtimalını yenidən gündəmə gətirib.  

Lakin diplomatik və siyasi reallıqlar belə bir görüşün formatı ilə bağlı suallar yaradır. Xamenei prezident olduğu dövrdə xarici səfərlərə çıxsa da, Ali Rəhbər kimi başqa ölkəyə səfər etməyib. Onun müəyyən etdiyi prioritetlərin müzakirəsi əsasən prezidentlik, diplomatik və təhlükəsizlik institutları səviyyəsində aparılır. 

Eyni zamanda diplomatik protokol baxımından Ali Rəhbərə bərabər rütbə Amerikada mövcud deyil. Digər tərəfdən, Donald Trampın da İrana səfər etməsi real görünmür.     

Belə olan halda, əgər İran da görüş ehtimalını nəzərdən keçirsə, bu təmas hansı formatda baş tuta bilər?    

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri bildirib ki, ABŞ ilə İran arasında nəzərdə tutulan yüksək səviyyəli görüşün baş tutması real görünmür və bu təşəbbüs daha çox siyasi jest xarakteri daşıyır:


“Bu görüş baş tutmayacaq. Sadəcə, Donald Tramp tərəfindən növbəti jestdir ki, İranla mövcud olan bütün problemləri danışıqlar yolu ilə həll etməyə hazır olduğunu göstərsin. Çünki İranda mövcud olan rejim özünü hər şeyin fövqündə görən sistemdir. Hətta xalqa münasibətdə belə özlərini müctəhid alim, xalqı isə cahil kimi təqdim edirlər. Ona görə də etirazlar zamanı xalqın irəli sürdüyü tələblər nəinki eşidilmir, ümumiyyətlə yerinə yetirilmir. Çünki dini rejim rəhbərliyində “cahillərin təklifləri alimlər tərəfindən qəbul oluna bilməz” kimi yanlış anlayış və təsəvvür formalaşıb”.

Onun sözlərinə görə, İranın daxili idarəetmə modeli də belə bir görüş üçün əlverişli zəmin yaratmır:  

“Bundan əlavə, dünyaya açıq olmayan bir idarəetmə sistemi mövcuddur və ən nəhayət, mərkəzləşdirilmiş idarəetmə modeli tam şəkildə formalaşmayıb. Bu gün İranda üç əsas güc mərkəzi var. Bunların başında Əli Xamenei və onun ətrafı, yəni molla sistemi dayanır. İkinci güc mərkəzi SEPAH, üçüncüsü isə hökumət və onun başında duran Prezident Məsud Pezeşkiandır. 

Lakin əsas səlahiyyətlər, təbii ki, Xameneiyə məxsusdur və o, demək olar ki, bütün görüşlərə qapalıdır. Yalnız onunla görüşmək üçün İrana səfər edən dövlət başçıları Xamenei ilə birbaşa görüşə və strateji məsələləri müzakirə edə bilərlər”.

Politoloq qeyd edib ki, qarşılıqlı etimadın olmaması da əsas maneələrdən biridir:

“ABŞ, İsrail və İran arasında qarşılıqlı etimad olmadığı üçün belə bir görüşün baş tutması istisna olunur. Əgər bu mümkün olsaydı, ən azından Xamenei İnqilabın 47-ci ildönümü münasibətilə Tehranda keçirilən mitinqdə iştirak edərdi. Diqqət yetirsəniz, təhlükəsizlik amili əsas götürülərək mitinqdə Xamenei deyil, Pezeşkian iştirak etdi”.

Natiq Miri hesab edir ki, Donald Trampın təşəbbüsü ikili mesaj xarakteri daşıyır: 


“Donald Trampın bu təklifi bir tərəfdən sülh danışıqlarına nə qədər açıq olduğunu nümayiş etdirməkdirsə, digər tərəfdən İranın qeyri-məqbul idarəetmə sistemini beynəlxalq ictimaiyyətə göstərmək niyyəti kimi də qiymətləndirilə bilər. Çünki dövlət başçıları səviyyəsində müzakirə olunmayan istənilən problemi aşağı səviyyəli nümayəndələrin danışaraq həll etməsi olduqca çətin və problematikdir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Bütün Xəbərlər