Rusiya Bakıya gələn adamı İrəvanda gözləyir – Putin Ermənistanı buna görə dağıtmağı düşünür?

Rusiya Bakıya gələn adamı İrəvanda gözləyir – Putin Ermənistanı buna görə dağıtmağı düşünür?
01.07.2026 14:27

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana, ertəsi gün isə Ermənistana nəzərdə tutulan səfərlərinin rəsmi məqsədləri açıqlanıb. 

Avropa İttifaqının yaydığı rəsmi kommünikedə qeyd olunur:

“Səfərlər dörd prioritet sahəyə yönələcək: keçən il tarixi sülh müqaviləsinin imzalanmasından sonra sülh prosesinin dəstəklənməsi; region daxilində, eləcə də Avropa və Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrinin yaxşılaşdırılması; Cənubi Qafqazla iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi və Rusiyanın iqtisadi təzyiqi qarşısında Ermənistana dəstək”.

Azərbaycan bəyan edilən bu bəndlərin icrasına bu və ya digər dərəcədə artıq öz töhfəsini verir. Lakin burada fundamental sual ortaya çıxır: Ermənistana iqtisadi və siyasi dəstəyini açıq şəkildə ortaya qoyan Avropa İttifaqı, balansın qorunması üçün Azərbaycana nə təklif edir? Bakının bu tərəfdaşlıqdan gözləntiləri nədir və Aİ faktiki olaraq masaya nə qoyacaq?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü Anar İsayev bildirib ki, Avropa İttifaqı Azərbaycanı ilk növbədə enerji, nəqliyyat və regional sabitlik baxımından strateji tərəfdaş kimi görür:


“Aİ "Global Gateway" təşəbbüsü çərçivəsində Orta Dəhliz, rəqəmsal infrastruktur, bərpa olunan enerji və logistika layihələrinə investisiyaları artırmağa çalışır. Bu, Azərbaycanın tranzit ölkə kimi rolunu gücləndirə bilər. Avropa Rusiyadan enerji asılılığını azaltmağa çalışdırğı üçün Azərbaycan qazına və gələcəkdə "yaşıl enerji" ixracına böyük maraq göstərir. Bu, uzunmüddətli müqavilələr və yeni infrastruktur layihələri üçün imkan yarada bilər. Aİ artıq Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Əməkdaşlığın dərinləşməsi qeyri-neft sektorunun Avropa bazarına çıxışını asanlaşdıra bilər. Həmçinin Avropa Çin–Mərkəzi Asiya–Cənubi Qafqaz–Avropa marşrutuna xüsusi önəm verir. Bu marşrutun inkişafı Azərbaycana tranzit gəlirlərinin artması və geostrateji əhəmiyyətinin yüksəlməsi baxımından fayda verə bilər”.

Ekspertin sözlərinə görə, bununla yanaşı, Ermənistanla müqayisədə fərq də var:

“Ermənistan Aİ-dən birbaşa maliyyə qrantları, büdcə dəstəyi və iqtisadi islahat paketləri alır. Bunun səbəbi Ermənistanın Aİ ilə assosiasiya xarakterli əməkdaşlığı genişləndirməsi və demokratik islahat proqramlarında iştirak etməsidir. Azərbaycan isə daha müstəqil xarici siyasət kursu seçdiyindən və Aİ ilə münasibətləri əsasən bərabərhüquqlu tərəfdaşlıq əsasında qurduğundan, Brüsselin dəstəyi daha çox investisiya və layihələr formasında olur, birbaşa maliyyə yardımı şəklində deyil. Siyasi baxımdan isə Azərbaycan Aİ-dən aşağıdakı istiqamətlərdə daha konkret addımlar gözləyə bilər: sülh sazişinin həyata keçirilməsinə balanslı dəstək; nəqliyyat və enerji layihələrinin maliyyələşdirilməsinin artırılması; Azərbaycan məhsullarının Avropa bazarına çıxışının genişləndirilməsi; Xəzər–Qara dəniz enerji və elektrik kabeli kimi strateji layihələrə daha böyük investisiya”.

Anar İsayevin fikrincə, Aİ-nin Azərbaycana təklif etdiyi əsas "paket" birbaşa maliyyə yardımı deyil, strateji investisiyalar, enerji əməkdaşlığı, ticarət imkanları və Orta Dəhliz vasitəsilə ölkənin geoiqtisadi rolunun gücləndirilməsidir. Bunun nə dərəcədə kifayət edəcəyi isə tərəflərin yeni sazişlərdə qarşılıqlı öhdəlikləri hansı səviyyədə razılaşdıracağından asılı olacaq.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Rusiya Bakıya gələn adamı İrəvanda gözləyir – Putin Ermənistanı buna görə dağıtmağı düşünür? — 1
XƏBƏR LENTİ
01 IYUL 2026
Marko Palestra "Çelsi"yə transfer olundu 17:23 İsrail höküməti bu torpaqları ABŞ-yə "verir" 17:31 "Bakılılar Günü"ndə erməni hiyləsi – Bolşeviklərin əsl üzü 17:28 Putin çarəsiz qaldı, Hindistandan təcili yardım istədi 17:22 Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam 17:17 "Qarabağ" Ukrayna klubuna uduzdu 17:05 Maaş və pensiya arasındakı fərq - Təqaüdə çıxmaqdansa, işləməyə üstünlük verirlər 16:36 Ursula Fon der Lyayen Azərbaycana səfərə gəldi 16:47 Afrikalı fransızlar dünya çempionu olacaqlar! 16:43 Ölkələrin iqtisadiyyatları sanksiyalara necə öyrəşirlər? 16:35 Heyvanlara zərər verənlərə ağır cəzalar gələ bilər – AÇIQLAMA 16:32 1/16 final mərhələsinin növbəti oyunları açıqlandı 16:24 Elnur Hidayətoğlu vəzifəsindən ayrıldı 16:22 MEDİA Prezidentə inamı açıqladı - SORĞU 16:14 İranın "Hörmüz"ü var, Azərbaycanın nəyi var? 16:11 Xameneinin dəfni zamanı yüzlərlə məhbus əfv olunacaq 16:00 İrəvan Moskva ilə razılığa gəlir: Paşinyan və Mişustin nələri müzakirə etdi? 15:47 Ukrayna Rusiya üzərində tarixi qələbəyə yaxınlaşır - son 4 gün... 15:37 Rusiyanın strateji obyekti alovlara təslim oldu - VİDEO 15:37 Ukraynanın növbəti prezidenti o olacaq 15:23 Amerika İran gəmisini birgə təlimə dəvət etdi, sonra torpedo ilə vuraraq batırdı 15:18 İsrail "erməni soyqırımı" edir — Paşinyan hədəqədən çıxdı 15:11 Həyəcan siqnalı verildi: Təyyarə qaçırılır - Polşadan İsrailə uçan təyyarədə nələr baş verir? 15:02 "Liverpul" Jeremi Jake ilə müqavilə imzaladı 14:57 "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı 14:48 Bütün Xəbərlər