Bölgə yanır - Yollar uğrunda savaşlar ön plana keçir

Bölgə yanır - Yollar uğrunda savaşlar ön plana keçir
23.07.2026 10:31

Qara dəniz boğazları, Bab əl-Məndəb və Hörmüzün eyni vaxtda blokadaya düşməsi qlobal ticarət marşrutlarında ciddi gərginlik yaradıb. Dəniz yollarının məhdudlaşması fonunda yük axınının Qafqazın quru nəqliyyat dəhlizlərinə yönələcəyi gözlənilir. Bu isə Azərbaycanın tranzit imkanları ilə yanaşı, logistika və infrastruktur yükünü də artırır. Bəs belə bir vəziyyətdə ölkəmizi nə gözləyir?

Mövzu ilə bağlı politoloq Elşad Həsənov TodayPress TV-yə açıqlamasında bildirib ki, Yaxın Şərqdə davam edən gərginlik nəticəsində həm Hörmüz boğazı, həm Qara dəniz boğazları, həm də Bab əl-Məndəbdə vəziyyət son dərəcə mürəkkəb olaraq qalır.


Onun sözlərinə görə, İran və ABŞ arasında razılaşma əldə olunmadığı müddətdə gərginliyin azalacağı inandırıcı görünmür.

"Baş verən hadisələr göstərir ki, İranla Amerika arasında razılıq əldə olunmasa, vəziyyətin normallaşması çox çətin olacaq. Bu isə təkcə Körfəz ölkələrinə deyil, bütövlükdə dünya iqtisadiyyatına ciddi təsir göstərir. Artıq ABŞ-də də yanacağın qiymətində artım müşahidə olunur və bu, cəmiyyətin narazılığına səbəb olur. Donald Tramp İran məsələsini həll etməyə çalışsa da, hələlik Tehran bununla razılaşmır. Nəticədə gərginlik daha da dərinləşir", – deyə politoloq bildirib.

Ekspert qeyd edib ki, regiondakı proksi qüvvələrin bəyanatları da riskləri artırır:

"İranın dəstəklədiyi husilər Bab əl-Məndəb boğazını bağlayacaqları ilə bağlı bəyanatlar verirlər. Bu marşrutdan keçən gəmilərin təhlükəsizliyini təmin etmək olduqca çətindir. Hələ iki il əvvəl ABŞ, İsrail, Avropa ölkələri və NATO təhlükəsizliyi təmin etmək üçün koalisiya yaratmışdı. Lakin bu addımlar da gözlənilən nəticəni vermədi". 

Elşad Həsənovun fikrincə, mövcud vəziyyət Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırır. O bildirib ki, dəniz marşrutlarında yaranan məhdudiyyətlər yük daşımalarının getdikcə daha çox Azərbaycan üzərindən keçən nəqliyyat xəttinə yönəlməsinə səbəb olur. 

"Bu gün Orta Dəhlizə təhdid deyil, tələbat artır. Çünki həm Hörmüzdə, həm Qara dəniz boğazlarında, həm də Bab əl-Məndəbdə vəziyyət hələ də son dərəcə gərgindir. Mövcud şəraitdə yükdaşımalar üçün ən etibarlı alternativ marşrutlardan biri Orta Dəhlizdir. Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı da bu məsələ Kansler Fridrix Merslə müzakirə olundu. Həmin görüşdə Azərbaycanın həyata keçirdiyi strateji layihələrin Avropa və dünya iqtisadiyyatı üçün əhəmiyyəti bir daha vurğulandı", - politoloq qeyd edib.

Ekspert əlavə edib ki, Orta Dəhliz üzrə yük axınının artması yeni logistika imkanları yaradır:

"Qazaxıstan əvvəllər Azov dənizi vasitəsilə Qara dənizə çıxaraq yanacaq daşıyırdı. Lakin son günlər həmin marşrutda gəmilərin hədəfə alınmasından sonra bu daşımalar dayandırılıb. Belə şəraitdə Qazaxıstan öz resurslarını Azərbaycan üzərindən daşıya bilər". 

Sonda Elşad Həsənov vurğulayıb ki, mövcud şəraitdə Azərbaycana və ümumilikdə Orta Dəhlizə birbaşa təhlükə yoxdur.

"Əsas məsələ təhlükə deyil, artan tələbatdır. Yük axınının sürətlə çoxalması böyük infrastruktur və logistika imkanları tələb edir. Bunun üçün artıq yeni iqtisadi və nəqliyyat layihələri hazırlanır. Bu layihələr gələcəkdə Azərbaycanın tranzit potensialını daha da gücləndirəcək", – deyə politoloq fikrini tamamlayıb.

Jalə Rövşən

XƏBƏR LENTİ
27 IYUL 2026
Külək insanları xəstəxanalıq etdi - Yaralananlardan biri əməliyyat şöbəsinə yerləşdirildi 18:14 Monteneqrodan YENİ QƏRAR: 5 ölkənin vətəndaşlarına viza tətbiq edir 18:07 Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin etdi 17:56 "Toplum TV" işi üzrə hökm oxundu 17:43 Hicablı qadınların çimərlik dilemması: Özləri hicab taxır, bəs naməhrəmləri görmələri günahdırmı? 17:26 Səudiyyə Ərəbistanında neft obyektlərinə PUA hücumu: Ər-Riyad və Şərq əyaləti hədəf alındı 17:15 Kipr heç vaxt rum tərəfinə möhtac olmayıb, bundan sonra da olmayacaq 17:09 Pirlo olmayacaq? İki məşhur məşqçi ön plana çıxdı 17:02 Paşinyan daha çox ermənidir, yoxsa Emin Hüseynov? 17:01 MEDİA: "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuzdur 16:54 Barış Alper həm transferdən, həm hədəflərdən danışdı 16:48 Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqləndi 16:39 MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı 16:28 ABŞ-ni nə dayandırdı? - yeni iddialar ortaya çıxdı 16:07 "Vahid indekslərin siyahısı" genişləndirildi 16:07 Putin: Stalinin Ukraynaya bağışladığı bu torpaqlar geri alınacaq - VİDEO 15:35 Bakı çimərliklərində azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO 15:32 NBA əfsanəsi: "Leykers" istədiyim komandanı qurdu 15:22 Güclü külək “Amay”da bədbəxt hadisəyə səbəb oldu - Yaralanan var 15:12 Azərbaycan hakimlik məktəbi növbəti uğura imza atdı 15:09 Azərbaycanlı güləşçilərdən mundialda güclü çıxış 15:01 Netanyahunun təyyarəsi Vaşinqtona yola düşüb - İDDİA 14:54 Azərbaycanlı atıcı Dünya Kubokunda final həyəcanı yaşayacaq 14:55 3 milyon tondan çox taxıl yığıldı 14:47 Anomal istilər 3800-dən çox can aldı 14:42 Bütün Xəbərlər