Qazaxıstan Rusiyadan işğal etdiyi Orenburqu istəyir - 100 illik plan çökərsə...

Qazaxıstan Rusiyadan işğal etdiyi Orenburqu istəyir - 100 illik plan çökərsə...
25.05.2026 17:01 Təhlil

1920-ci ildə bolşeviklər Qırğız (sonradan Qazax) Muxtar Sovet Sosialist Respublikasını elan edəndə paytaxtı Orenburqa yerləşdirdilər. Şəhər sənaye, nəqliyyat və inzibati baxımdan əlverişli mərkəz idi. Lakin cəmi beş il sonra, 1925-ci ildə Orenburq vilayəti və ətraf rayonlar RSFSR-ə qaytarıldı, paytaxt isə cənuba – Qızılordaya köçürüldü.


Niyə?

Orenburq əhalisinin böyük hissəsi ruslardan ibarət idi və oranı saxlamaq etnik balansı “düzəltmək” üçün vacib sayılırdı. Amma  bu, daha dərin geosiyasi məqsədə xidmət edirdi:  Volqa hövzəsindəki türkdilli xalqları (başqırd və tatarları) Qazaxıstandan ayırmaq. Orenburq rus ərazisi kimi bir zolaq yaradırdı ki, potensial türk-müsəlman əlaqələri məhdudlaşsın. Bolşeviklər “böl və idarə et” prinsipini bu cür hallarda rahatlıqla  tətbiq edirdilər.

Bu gün qazax millətçiləri Orenburqu tarixi ədalətsizlik adlandırırlar. Onlar 1920-1925-ci illərdə şəhərin Qazax ASSR-in paytaxtı olmasını əsas gətirərək, ərazinin “qaytarılmasını” təklif edirlər. Xüsusilə 2024-cü ildə Başqırdıstandakı etirazlar və digər hadisələr fonunda bu səslər daha çox eşidildi. Millətçilər hesab edir ki, Orenburq Qazaxıstanın nəzarətinə keçsə, Rusiya “divarı” aradan qalxacaq və Qazaxıstanla Volqa türk xalqları arasında birbaşa əlaqə yaranacaq.  Orenburq məhz bu iki respublikanı Qazaxıstandan ayıran “divar” funksiyasını yerinə yetirirdi.

Orenburqda hazırda on minlərlə qazax yaşayır və ərazi demoqrafik baxımdan da dəyişir – rus əhalisi azalır, digər qruplar isə nisbətən artır. 100 illik ruslaşdırma siyasəti iflasa uğrayır. Rusiyadakı mərkəzi hakimiyyət bu cür çağırışlara kəskin reaksiya verir və onları xarici qüvvələrin Rusiyanı zəiflətmək planının parçası kimi görür.

Rəsmi Qazaxıstan isə mövzudan kənar keçməyə çalışır.  Astana Moskva ilə strateji əlaqələri - EAvİB, KTMT, iqtisadi əməkdaşlıq - prioritet sayır və sərhəd məsələlərini 2000-ci illərdə razılaşdırıb. O, ərazi bütövlüyü prinsipinə sadiq qaldığını bəyan edir.

Əgər Rusiyanın mərkəzi idarəetmə sistemi ciddi sarsıntı keçirsə – iqtisadi çətinliklər, daxili gərginliklər və ya uzunmüddətli münaqişələrin nəticələri səbəbindən – Orenburq məsələsi də masaya qoyula bilər. Bu, Qazaxıstan üçün həm fürsət, həm də böyük riskdir: bir tərəfdən türk xalqları arasında əlaqələrin güclənməsi, digər tərəfdən isə Rusiya ilə birbaşa qarşıdurma, iqtisadi itkilər və etnik gərginlik.

Orenburq Bolşeviklərin qurduğu uzunmüddətli nəzarət mexanizminin ən aydın nümunəsidir.  Şərtlər dəyişsə xəritə  də dəyişəcək. Qazax milli şüurunda bu mövzu canlıdır və gələcəkdə geosiyasi vəziyyətə görə daha da qabara bilər. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər