Bəzi hökmlər insanları qisas almağa sövq edir - Hüquqşünasdan yeni maddə təklifi

Bəzi hökmlər insanları qisas almağa sövq edir - Hüquqşünasdan yeni maddə təklifi
23.06.2026 12:16

"Bəzi hallarda məhkəmə qərarlarının cəmiyyət tərəfindən ədalətli qəbul edilməməsi sonradan daha ağır cinayətlərin baş verməsinə zəmin yaradır".

TodayPress TV xəbər verir ki, bunu hüquqşünas İlqar Altay deyib.


O, sosial şəbəkədə paylaşdığı fikirlərdə Şamaxıda baş vermiş hadisəni nümunə göstərib. Hüquqşünasın sözlərinə görə, MMA üzrə məşqçi və eyni zamanda güləş üzrə çempion olan bir şəxs əvvəlcə qəsdən adam öldürmə ittihamı ilə mühakimə edilib. Lakin sonradan işə yenidən baxılarkən əməl zəruri müdafiə həddini aşma kimi qiymətləndirilib və həmin şəxs qısa müddət sonra azadlığa buraxılıb:

"Ölən şəxsin qardaşı bu hökmü ədalətsiz hesab edib. O, qardaşını öldürən adamın belə tezliklə azadlığa çıxmasını qəbul edə bilməyib və nəticədə gedib həmin şəxsi öldürüb. Buna görə də yaxın günlərdə ona qisas motivi ilə törədilmiş qətl üzrə 14 il həbs cəzası verilib. Bu hadisə cəzanın mahiyyəti barədə ciddi suallar doğurur. Cəza nə üçündür? Həm zərərçəkmişin haqqının təmin olunması, həm təqsirləndirilən şəxsin islahı, həm digər şəxslərin oxşar cinayətlərdən çəkindirilməsi, həm ictimai ədalət hissinin təmin olunması, həm də qanunun aliliyinin qorunması üçün. Deməli, hökm elə qanuni və ədalətli olmalıdır ki, bütün bu məqsədlərə xidmət etsin".

Onun fikrincə, sözügedən işdə ilk qətlin qurbanının yaxınları məhkəmə qərarını öz hüquqlarının təminatı kimi qəbul etməyiblər:

"Görünür ki, birinci hökm mərhumun və onun doğmalarının haqqını təmin etməyib. Nəticədə qardaşı qanunu pozaraq qisas almağa əl atıb. O, bunun müqabilində uzunmüddətli həbs cəzası alacağını bilsə də, özünün və ailəsinin ədalət hissini bu yolla təmin etdiyini düşünüb. Məhkəmələr obyektiv, qanuni və cəmiyyət tərəfindən ədalətli hesab edilən qərarlar qəbul etməlidirlər. Məhkəmə hökmləri elə olmalıdır ki, heç kim qisas almağa ehtiyac duymasın. Əks halda insanlar qanuna deyil, şəxsi ədalət anlayışlarına üz tuturlar. Bu isə hüquqi dövlət prinsipləri üçün təhlükəlidir".

Hüquqşünas bu kontekstdə Cinayət Məcəlləsinə “qisasa vadar etmə” adlı yeni maddənin əlavə olunmasının mümkünlüyünü də müzakirəyə çıxarıb. O, eyni zamanda məhkəmə-hüquq sistemində daha dərin islahatlara ehtiyac olduğunu bildirib.

İlqar Altay fikirlərini əsaslandırmaq üçün 2002-ci ildə baş vermiş və dünya mediasında geniş işıqlandırılmış hadisəni də xatırladıb.

Onun sözlərinə görə, həmin vaxt Dağıstandan olan bir həkimin həyat yoldaşı və iki övladı İsveçrəyə turist səfəri zamanı təyyarə qəzasında həlak olub:

"Təyyarə İsveçrəyə yaxınlaşarkən dispetçerin kobud səhlənkarlığı nəticəsində başqa bir təyyarə ilə havada toqquşub. Hər iki təyyarə qəzaya uğrayıb və yüzlərlə insan həyatını itirib. Məhkəmə prosesindən sonra dispetçerə cəmi bir neçə il həbs cəzası verilib və o da vaxtından əvvəl azadlığa çıxıb. O, uzun müddət müxtəlif instansiyalara müraciət etsə də, nəticə əldə edə bilməyib. Daha sonra İsveçrəyə gedərək dispetçeri tapıb və onu öldürüb. Ardınca polisə təslim olub. Məhkəmə hesab edib ki, faciəyə səbəb olan şəxslə bağlı əvvəlki qərar cəmiyyət və zərərçəkən tərəf üçün yetərli ədalət hissi yaratmayıb. Buna görə də həkimə nisbətən daha yüngül cəza tətbiq olunub", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Antalya və Bodrumda milyonlarla insan sağ qalır, Xəzərdə isə hər yay onlarla insan ölür… Sirr nədədir? 14:35 Azərbaycan-Gürcüstan qatarında bilet tapılmır - Bəs onlar necə ala bilir? 14:29 Litva prezidenti hökumətin istefasını qəbul etdi - YENİLƏNDİ 12:12 İlham baba şəkil çəkdirək? - Balacanın arzuları çin, özü gündəm oldu - VİDEO 14:13 Prezidentlər Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxdılar 14:01 Liderlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular 13:54 Gürcüstanda azərbaycanlıların ən çox yaşadığı yerlərin siyahısı AÇIQLANDI 13:43 ABŞ Konqresində azərbaycanlılara qarşı etnik təmizləməyə dair konfrans keçiriləcək 13:43 Azərbaycan və Türkmənistan liderləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular 13:38 Amerikalılar bezib - İran, yanacaq, bahalaşma... 13:32 Qazanc üçün Bakıya gəlmişdilər, tabutla geri qayıdırlar — TƏFƏRRÜATLAR 13:24 Avropa Məhkəməsi həddini aşdı - Qəhrəman Azərbaycan əsgərini... 13:21 İmişlidə ticarət obyektində yanğın başladı 13:15 Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində oldular 13:09 Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək 13:04 Sabah Bakıda və rayonlarda yağış yağacaq 12:57 Prezident ona yüksək vəzifə verdi - FOTO 12:49 İrəvanda Ağsaqqallar Şurasında kütləvi dava - VİDEO 12:27 Hikmət Hacıyev Azərbaycan və Türkmənistan Prezidentlərinin Şuşa səfərindən paylaşım etdi - VİDEO 12:30 Prezident İlham Əliyevin Şuşa səfərində uşaqlarla səmimi görüntüləri - VİDEO 12:27 Yeni dələduzluq üsulu yayıldı - VİDEO 12:25 Bəzi hökmlər insanları qisas almağa sövq edir - Hüquqşünasdan yeni maddə təklifi 12:11 Rusiya 41 min dollara ölməyə könüllü axtarır 12:11 Şuşadan dünyaya mesaj: Azərbaycan və Türkmənistan liderləri Daşaltıda 11:49 Türkmənistan lideri erməni vandallarının əməlləri ilə qarşılaşdı və... 11:45 Bütün Xəbərlər