Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək

Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
23.06.2026 13:04 Cəmiyyət

Kibertəhlükəsizliyin təmini sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına görə yeni cəzalar tətbiq olunacaq.

TodayPress TV “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu, bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi (kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması), habelə rəqəmsal tədqiqatın aparılması və nəticəsi barədə məlumatın təqdim edilməsi ilə əlaqədar göstərişlərinin yerinə yetirilməməsinə;

371-2.1.2. informasiya infrastrukturuna yönəlmiş kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatların, habelə bu Məcəllənin 371-2.1.4-cü maddəsində qeyd edilən fəaliyyətlərin həyata keçirilməsi nəticəsində əldə edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal təqdim edilməməsinə;

371-2.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya infrastrukturunun kibertəhlükəsizlik vəziyyətinin öyrənilməsi, proaktiv kibertəhlükəsizlik tədqiqatının aparılması məqsədilə göndərdiyi sorğuların 24 saat, rəqəmsal tədqiqatın aparılması ilə bağlı göndərdiyi sorğuların isə 5 iş günü ərzində cavablandırılmamasına;

371-2.1.4. kiberinsidentlərin və kiberhücumların real vaxt rejimində fasiləsiz monitorinqinin və onlara qarşı ilkin texniki cavab tədbirlərinin həyata keçirilməməsinə;

371-2.1.5. ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturunun kibertəhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərin informasiya infrastrukturunun subyektləri, o cümlədən internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatının sahibləri tərəfindən pozulmasına;

371-2.1.6. rəqəmsal tədqiqatın və proaktiv kibertəhlükəsizlik tədqiqatına şəraitin yaradılmamasına, həmçinin rəqəmsal tədqiqat zamanı əldə olunan məlumatların bütövlüyünün qorunmamasına, onların dəyişdirilməsinə, silinməsinə və ya saxtalaşdırılmasına yol verilməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.

371-2.2. 371-2.2. “Kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin və təhlükəsizlik əməliyyatları mərkəzlərinin reyestri”nə daxil edilmədən kompüter insidentlərinə qarşı mübarizə mərkəzi və təhlükəsizlik əməliyyatları mərkəzi kimi fəaliyyət göstərilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Azərbaycan-Gürcüstan qatarında bilet tapılmır - Bəs onlar necə ala bilir? 14:29 Litva prezidenti hökumətin istefasını qəbul etdi - YENİLƏNDİ 12:12 İlham baba şəkil çəkdirək? - Balacanın arzuları çin, özü gündəm oldu - VİDEO 14:13 Prezidentlər Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxdılar 14:01 Liderlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular 13:54 Gürcüstanda azərbaycanlıların ən çox yaşadığı yerlərin siyahısı AÇIQLANDI 13:43 ABŞ Konqresində azərbaycanlılara qarşı etnik təmizləməyə dair konfrans keçiriləcək 13:43 Azərbaycan və Türkmənistan liderləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular 13:38 Amerikalılar bezib - İran, yanacaq, bahalaşma... 13:32 Qazanc üçün Bakıya gəlmişdilər, tabutla geri qayıdırlar — TƏFƏRRÜATLAR 13:24 Avropa Məhkəməsi həddini aşdı - Qəhrəman Azərbaycan əsgərini... 13:21 İmişlidə ticarət obyektində yanğın başladı 13:15 Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində oldular 13:09 Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək 13:04 Sabah Bakıda və rayonlarda yağış yağacaq 12:57 Prezident ona yüksək vəzifə verdi - FOTO 12:49 İrəvanda Ağsaqqallar Şurasında kütləvi dava - VİDEO 12:27 Hikmət Hacıyev Azərbaycan və Türkmənistan Prezidentlərinin Şuşa səfərindən paylaşım etdi - VİDEO 12:30 Prezident İlham Əliyevin Şuşa səfərində uşaqlarla səmimi görüntüləri - VİDEO 12:27 Yeni dələduzluq üsulu yayıldı - VİDEO 12:25 Bəzi hökmlər insanları qisas almağa sövq edir - Hüquqşünasdan yeni maddə təklifi 12:11 Rusiya 41 min dollara ölməyə könüllü axtarır 12:11 Şuşadan dünyaya mesaj: Azərbaycan və Türkmənistan liderləri Daşaltıda 11:49 Türkmənistan lideri erməni vandallarının əməlləri ilə qarşılaşdı və... 11:45 "Ermənistanın milli musiqisi: "Arşın mal alan"" - İrəvan köhnə xislətindən əl çəkmir - VİDEO 11:24 Bütün Xəbərlər