Azərbaycan - BƏƏ müttəfiqliyi Bakıya nə vəd edir? – ŞƏRH

Azərbaycan - BƏƏ müttəfiqliyi Bakıya nə vəd edir? – ŞƏRH
03.02.2026 14:52

“Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) arasında enerji və müdafiə sahəsində yeni sənədlərin imzalanması, hər şeydən əvvəl, iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakterinə dəlalət edir”.

Bunu politoloq Elşad Mirbəşiroğlu TodayPress TV-yə danışarkən deyib.


O qeyd edib ki, fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə səfəri zamanı tərəflər arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri bir daha vurğulanıb.

Ekspert vurğulayıb ki, Azərbaycan-BƏƏ əlaqələri strateji tərəfdaşlıqla güclənib:

“Azərbaycanla BƏƏ arasında əlaqələrin inkişafı öz intensivliyi ilə seçilir, çünki ölkə rəhbərləri davamlı olaraq qarşılıqlı səfərlər edirlər. Xatırladaq ki, ötən il BƏƏ Prezidenti Qarabağa səfər etmiş və bu səfər çərçivəsində Azərbaycanla BƏƏ arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sənəd imzalanmışdı. Bu sənəd həm siyasi münasibətlərin, həm də müxtəlif sahələrdə əməkdaşlığın dinamikliyinə ciddi təsir göstərib. Azərbaycan Prezidentinin son səfərində bu təsir bir daha aydın şəkildə görünür”.

E.Mirbəşiroğlu əlavə edib ki, Azərbaycanla BƏƏ arasında, konkret olaraq Əbu-Dabi Milli Neft Şirkəti ilə Cənub Qaz Dəhlizinə aid razılaşmaya əsasən, Azərbaycan tərəfindən idarə olunmayan pay BƏƏ-nin investisiya qrupuna satılacaq. Bu isə Azərbaycanın enerji sektoruna əlavə investisiyaların cəlb olunmasına gətirib çıxaracaq.

Analitikin sözlərinə görə, BƏƏ dəstəyi Azərbaycanda bərpa olunan enerji sahəsini gücləndirib:

"Bundan əlavə, Azərbaycanda ilk günəş elektrik stansiyası məhz BƏƏ-nin dəstəyi ilə qurulub. Bu əməkdaşlıq bərpa olunan enerji mənbələrinin inkişafı və enerji infrastrukturunun yaradılmasında intensiv və səmərəli tərəfdaşlıq olduğunu göstərir. Gələcəkdə Azərbaycan Avropa enerji bazarına həm ənənəvi, həm də bərpa olunan enerji mənbələrindən əldə olunan enerjini nəql edəcəkdir. Bunun üçün ilkin infrastruktur komponentləri artıq yaradılıb və işlər davam edir. Bu baxımdan, enerji sahəsində imzalanmış sənədlər Azərbaycanın enerji sektorunun inkişafına və dünya enerji bazarındakı rolunun artmasına müsbət təsir göstərəcək".

Politoloq qeyd edib ki, müdafiə sahəsində də sənəd imzalanıb:

"Azərbaycan və BƏƏ Müdafiə Nazirlikləri arasında əməkdaşlıq sənədi tərəflərin prioritet və perspektivli sahələrindən biridir. Qeyd etmək lazımdır ki, Azərbaycan və BƏƏ Silahlı Qüvvələrinin birgə operativ-taktiki təlimi olan "Sülh qalxanı" artıq keçirilib. Azərbaycan Prezidentinin səfəri çərçivəsində bu təlimlərin nəticələri də müzakirə olunub".

Ekspert diqqətə çatdırıb ki, müdafiə sahəsində əməkdaşlığın inkişafı ölkəmizin müdafiə qabiliyyətinin güclənməsinə xidmət edir.  Birgə təlimlər müxtəlif iqlim və coğrafi şəraitdə, terrorizm və digər təhlükələrə qarşı mübarizə sahəsində zəngin təcrübə qazandırır. Bütün bunlar tərəflərin müdafiə imkanlarının güclənməsinə müsbət təsir göstərəcək.

Qeyd edək ki, fevralın 2-də Azərbaycan Prezidenti İlham Əliyev  Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib. Səfər çərçivəsində Azərbaycanla BƏƏ arasında enerji və müdafiə sahələrində sənədlər imzalanıb.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 Bütün Xəbərlər