ABŞ-dən özünə 250 illik yubiley “hədiyyəsi”: 4 iyulda Qrenlandiyanı nə gözləyir?

ABŞ-dən özünə 250 illik yubiley “hədiyyəsi”: 4 iyulda Qrenlandiyanı nə gözləyir?
07.01.2026 21:00

Vaşinqton bu ilin 4 iyulunadək — ABŞ-nin 250 illik yubileyini qeyd edəcəyi tarixə qədər — Qrenlandiya üzərində nəzarət qurmağa çalışacaq. Bu barədə “Politico” nəşri yazıb.


Bəs bu iddia  nə dərəcədə realdır? 


Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, Tramp Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyətini təsdiqləyib: 

"Hər şey mümkündür. Artıq Tramp bu barədə açıqlama verib. Daha əvvəl digər rəsmilər, məsələn, ABŞ dövlət katibi Marko Rubio da, belə bəyanatlar verib. Onlar bildirirlər ki, Qrenlandiya Amerikanın təhlükəsizliyi və Amerika üçün strateji baxımdan çox önəmlidir. Bunun üçün bütün imkanlardan istifadə olunacaq".

Onun sözlərinə görə, konkret olaraq, danışıqlar, razılaşmalar, satınalmalar və ya referendumlar mümkündür. Əgər bunlar alınmasa, digər yollar da istifadə oluna bilər.


Analitik qeyd edib ki, Qrenlandiya Amerikanın tərkibində qalmaqla xüsusi status alacaq:

"Bildirildiyinə görə, artıq Qrenlandiya ilə bağlı müəyyən işlər aparılır. Orada Qrenlandiyanı təmsil edən şəxslər fəaliyyət göstərir və işlər davam edir. Hətta ehtimal olunur ki, Qrenlandiyaya xüsusi bir status veriləcək və bu statusla Amerikanın tərkibində olacaq. Amerikada bəzi adaların özünəməxsus statusu olduğu kimi, Qrenlandiya da idarəetmədə müstəqil olsa da, Amerika tərkibində qalacaq".

Ekspertin qənaətincə, bu, çox önəmlidir. Qrenlandiyanın zəngin təbiəti və nadir ekosistemləri var. Ən başlıcası isə strateji mövqeyidir. Oradan keçəcək şimal dəniz yolu Amerika üçün böyük əhəmiyyət daşıyır.


Ə.Mustafa əlavə edib ki, ABŞ bu məsələdə qətiyyətlidir:

"Buna görə də görünür ki, bütün səylərə rəğmən Amerika Qrenlandiyanı əldə etməkdə qərarlıdır. Bu ya əhalisi ilə razılaşmaqla, ya da digər vasitələrlə həyata keçiriləcək. Amerika Qrenlandiyanı öz tərkibinə qatmaqda qətiyyətlidir. Vaxt məsələsi dəyişə bilər, amma onların qərarlılığı ortadadır". 


Qeyd edək ki, Qrenlandiya Danimarka krallığına daxil olan muxtar ərazidir. Ağ Ev rəhbəri Donald Tramp həm 2017-2021-ci illərdə ilk prezidentliyi dövründə, həm də ikinci prezidentliyi dövründə dəfələrlə Qrenlandiyanın ABŞ-yə qatılmalı olduğunu bildirib. Danimarka tərəfi isə bu iddiaları rədd edib və adanın müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atıb.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 Bütün Xəbərlər