İlham Əliyev Neft Fondunun büdcəsini təsdiqlədi

İlham Əliyev Neft Fondunun büdcəsini təsdiqlədi
06.07.2026 18:21

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.

TodayPress TV xəbər verir ki, ötən il ARDNF-in büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, büdcə xərcləri isə 14 milyard 627,2 milyon manat təşkil edib.

İl ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 10 milyard 266,3 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 9 milyard 497 milyon manat, bonus ödənişləri və tranzitdən 765,7 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Quruma "Azəri-Çıraq-Günəşli" yatağından 8 milyard 292,9 milyon manat, "Şahdəniz" yatağından isə 958,8 milyon manat vəsait daxil olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir isə 6 milyard 894,1 milyon manat olub (gəlirlilik 6,2 % təşkil edib).

Hesabat dövründə ARDNF dövlət büdcəsinə 14 milyard 481 milyon manat transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 18,6 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" nın maliyyələşməsinə 86,9 milyon manat yönəldib, idarəetməyə isə 40,7 milyon manat xərcləyib.

Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirləri isə 20 milyard 434 milyon manat təşkil edib.

ЛЕНТА НОВОСТЕЙ
06 июля 2026
Ərdoğan Rutte ilə görüşdə Ankara Sammitinin əsas hədəflərini AÇIQLADI - VİDEO 21:27 Ukraynadan ETİRAF: Ən vacib raketlər çatışmır 20:59 Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazi qazsız qalacaq 20:30 Dənizdə bir ailənin dörd üzvü batdı: Ata və qızı xilas edildi, digərləri isə… 20:47 “Çiçəklənən Ermənistan” partiyasının lideri saxlanıldı 20:26 Valideynlər üçün VACİB XƏBƏR - Sabah saat 11:00-da start verilir 20:20 Tramp özünü Teylor Sviftdən üstün saydı - VİDEO 20:05 “Qarabağ” bu futbolçusunu 6,8 milyona SATIR 20:11 Azərbaycan parlamentinə Ukrayna ilə bağlı vacib sənəd daxil oldu 19:58 Rusiyanın bu vilayətində ilk dəfə PUA həyəcanı elan edildi 19:45 Rusiyadakı benzin böhranının günahkarı koronavirus çıxdı 19:32 35 min rus əsgəri ilə bağlı DƏHŞƏTLİ İDDİA 19:23 Krım yanacaqsız qaldı - Tankerlər vuruldu 19:15 FİFA-nın qərarı Trampı qəzəbləndirdi 19:08 Tramp: Rusiya və Ukrayna müharibəni bitirmək istəyir 19:00 Növbəti iki gündə çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:54 Leyla Əliyeva Qəbələdə gənc rəssama dəstək verdi 18:46 NATO-nun Baş katibindən Türkiyə ilə bağlı maraqlı ETİRAF 18:39 Sarkisyanın milyonları əlindən alındı - Dövlət hər şeyə əl qoydu 18:31 İlham Əliyev Neft Fondunun büdcəsini təsdiqlədi 18:21 Tramp və Zelenski Putini “yola gətirməyə” çalışacaq 18:16 Kadırov “məcburam” deyir, amma postu əldən vermir 18:08 Paşinyan Mişustinlə Rusiya-Ermənistan münasibətlərini müzakirə etdi 17:55 Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salındı 17:39 Каспийское море «выплевывает» яд — Что сливается в море? 17:00 Все новости