Rusiyadakı benzin böhranının günahkarı koronavirus çıxdı
Rusiyanın Zabaykal diyarının qubernatoru Aleksandr Osipov regionda davam edən benzin qıtlığı ilə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, Osipov yaranmış vəziyyətin bir neçə səbəbi olduğunu bildirib. Onun sözlərinə görə, “Rosneft” hələ 2020-ci ildə regionda yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməyi planlaşdırsa da, koronavirus pandemiyası səbəbindən bu planlar təxirə salınıb.
Qubernator qeyd edib ki, daha sonra layihənin icrası Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra yenidən ertələnib.
Osipovun sözlərinə görə, Sibirdə fəaliyyət göstərən müəssisələrdə istehsal olunan yanacağın bir hissəsi hazırda hərbi ehtiyaclara yönəldilir. Bu isə mülki bazarın yanacaqla təminatına mənfi təsir göstərərək regionda benzin qıtlığının yaranmasına səbəb olur.
Kübra Musayeva