Dənizdə bir ailənin dörd üzvü batdı: Ata və qızı xilas edildi, digərləri isə…

Dənizdə bir ailənin dörd üzvü batdı: Ata və qızı xilas edildi, digərləri isə…
06.07.2026 20:47

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.

TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar - 1975-ci il təvəllüdlü Məmmədov Rasim Qəhraman oğlu və 2016-cı il təvəllüdlü Məmmədzadə Aytən Rasim qızı xilas edilib.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2005-ci il təvəllüdlü Məmmədov Raul Rasim oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

XƏBƏR LENTİ
06 IYUL 2026
“2020 seçkiləri kimi…” - Trampın Belçika oyunu ilə bağlı sözləri gündəm oldu 22:33 PUA hücumu şəhəri ayağa qaldırdı – Sakinlər kütləvi şəkildə AYS-lərə üz tutdu - VİDEO 22:22 “Şou göstərmək” istədi, həbs olundu - VİDEO 22:10 Azərbaycanda Məhərrəm ayı bu tarixdə başa çatacaq 21:42 Tbilisiyə gedən təyyarə Bakıya TƏCİLİ eniş etdi 21:50 Ukrayna Rusiyanın ən güclü hava müdafiə sistemini vurdu - VİDEO 21:37 Ərdoğan Rutte ilə görüşdə Ankara Sammitinin əsas hədəflərini AÇIQLADI - VİDEO 21:27 Ukraynadan ETİRAF: Ən vacib raketlər çatışmır 20:59 Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazi qazsız qalacaq 20:30 Dənizdə bir ailənin dörd üzvü batdı: Ata və qızı xilas edildi, digərləri isə… 20:47 “Çiçəklənən Ermənistan” partiyasının lideri saxlanıldı 20:26 Valideynlər üçün VACİB XƏBƏR - Sabah saat 11:00-da start verilir 20:20 Tramp özünü Teylor Sviftdən üstün saydı - VİDEO 20:05 “Qarabağ” bu futbolçusunu 6,8 milyona SATIR 20:11 Azərbaycan parlamentinə Ukrayna ilə bağlı vacib sənəd daxil oldu 19:58 Rusiyanın bu vilayətində ilk dəfə PUA həyəcanı elan edildi 19:45 Rusiyadakı benzin böhranının günahkarı koronavirus çıxdı 19:32 35 min rus əsgəri ilə bağlı DƏHŞƏTLİ İDDİA 19:23 Krım yanacaqsız qaldı - Tankerlər vuruldu 19:15 FİFA-nın qərarı Trampı qəzəbləndirdi 19:08 Tramp: Rusiya və Ukrayna müharibəni bitirmək istəyir 19:00 Növbəti iki gündə çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:54 Leyla Əliyeva Qəbələdə gənc rəssama dəstək verdi 18:46 NATO-nun Baş katibindən Türkiyə ilə bağlı maraqlı ETİRAF 18:39 Sarkisyanın milyonları əlindən alındı - Dövlət hər şeyə əl qoydu 18:31 Bütün Xəbərlər