İlham Əliyev Neft Fondunun büdcəsini təsdiqlədi

İlham Əliyev Neft Fondunun büdcəsini təsdiqlədi
06.07.2026 18:21

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.

TodayPress TV xəbər verir ki, ötən il ARDNF-in büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, büdcə xərcləri isə 14 milyard 627,2 milyon manat təşkil edib.

İl ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 10 milyard 266,3 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 9 milyard 497 milyon manat, bonus ödənişləri və tranzitdən 765,7 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Quruma "Azəri-Çıraq-Günəşli" yatağından 8 milyard 292,9 milyon manat, "Şahdəniz" yatağından isə 958,8 milyon manat vəsait daxil olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir isə 6 milyard 894,1 milyon manat olub (gəlirlilik 6,2 % təşkil edib).

Hesabat dövründə ARDNF dövlət büdcəsinə 14 milyard 481 milyon manat transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 18,6 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" nın maliyyələşməsinə 86,9 milyon manat yönəldib, idarəetməyə isə 40,7 milyon manat xərcləyib.

Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirləri isə 20 milyard 434 milyon manat təşkil edib.

XƏBƏR LENTİ
06 IYUL 2026
Krım yanacaqsız qaldı - Tankerlər vuruldu 19:15 FİFA-nın qərarı Trampı qəzəbləndirdi 19:08 Tramp: Rusiya və Ukrayna müharibəni bitirmək istəyir 19:00 Növbəti iki gündə çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:54 Leyla Əliyeva Qəbələdə gənc rəssama dəstək verdi 18:46 NATO-nun Baş katibindən Türkiyə ilə bağlı maraqlı ETİRAF 18:39 Sarkisyanın milyonları əlindən alındı - Dövlət hər şeyə əl qoydu 18:31 İlham Əliyev Neft Fondunun büdcəsini təsdiqlədi 18:21 Tramp və Zelenski Putini “yola gətirməyə” çalışacaq 18:16 Kadırov “məcburam” deyir, amma postu əldən vermir 18:08 Paşinyan Mişustinlə Rusiya-Ermənistan münasibətlərini müzakirə etdi 17:55 Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salındı 17:39 Xəzər dənizi zəhər "qusur" - Dənizə axıdılan nədir? 17:00 Rusiya Ukraynanın işığını yanmağa qoymur 16:57 İsrail siyasi mesajını götürüb... – Politoloq detalları açdı 16:56 Amerika silahlı İŞİD-lə qarşılaşmaqdansa, Şaraanın əlini sıxmağa razıdır 16:50 Paşinyan Rusiyaya "elçi getdi" – Bəlkə də bağışladılar... 16:53 Azərbaycandan Ermənistana 30 vaqon propan qazı göndərildi 17:10 Ermənistanı bədbəxt edən həmin gün: Azərbaycana tarixi qəsd necə rəsmiləşdirildi? 16:46 Himalay dağlarında robot ordu: 3 milyard insan təhlükədə - VİDEO 16:47 Britaniya rusların boğazına çökdü - Noviçoku Moskvaya yeritdi 16:48 Putinin partiyası Kadırovu yenidən "bəy" elan etdi: 19 illik taxt-tac oyunu necə davam edəcək? 16:40 Ankarada tarixi izdiham yaşanır: Trampın korteji dünyada məşhur oldu 16:41 Belarusdan kritik çıxış - Yeni savaşın mesajları necə oxundu? 16:37 Azərbaycanda klublar milli komandaya oyunçu verə bilmir – Fazil Mustafa 16:33 Bütün Xəbərlər