Bakıda 30 il əvvəl törədilən qətlin istintaqı tamamlandı

Bakıda 30 il əvvəl törədilən qətlin istintaqı tamamlandı
30.06.2026 19:10

Gülməmməd Xanəhməd oğlu Bayramovun 10 aprel 1996-cı il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğunun İstintaq idarəsində davam etdirilən cinayət işinin istintaqı tamamlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilov Şahin Mahmud oğlu və Qafarov Hidayət Şirzad oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 aprel 1996-cı il tarixdə Bakı şəhəri "Neftçilər" metrostansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun avtomobilinə müştəri kimi əyləşərək Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində gedərkən avtomobildə onu iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Daha sonra cinayətin izlərini gizlətmək məqsədilə adları qeyd olunan şəxslər tərəfindən meyitin Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədilməsi, zərərçəkmişə məxsus avtomobilin isə hissələrə ayıraraq satılması və əldə olunan vəsaitin aralarında bölüşdürülməsinə dair dəlillər əldə olunub.

Qeyd edilən şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.

Cari il aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycanın 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июня 2026
Modi ilə Pezeşkian Yaxın Şərq və Hörmüz boğazını müzakirə etdilər 21:20 ABŞ NATO ölkələrindən hesabat tələb edir 20:56 Bu ərazilərdə QAZ olmayacaq 20:43 Hakan Fidan Ankarda Aİ rəsmiləri ilə görüşdü 21:03 Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR 20:26 Samir Şərifov: Ağdamda Belarusla birgə lift zavodu və quşçuluq kompleksi yaradılır 20:46 "Zirə" yoxlama oyununda "Iğdır" klubuna məğlub oldu 20:40 Türkmənistan Azərbaycanın hədiyyəsini belə qarşıladı - VİDEO 20:36 Litva ölkə tarixində ən gənc Baş nazirini SEÇDİ 20:14 Papua-Yeni Qvineya sahillərində zəlzələ oldu 20:08 Samir Şərifov: Azərbaycan və Belarus zamanın sınağından çıxmış iki etibarlı dostdur 20:09 Belarus səfiri: İki ölkə arasında əməkdaşlığın coğrafiyası Qarabağa qədər genişlənib 20:06 Türkiyə-İsrail gərginliyində Azərbaycan işığı 19:59 Kuba ABŞ ilə dialoqa hazırdır, lakin bir şərtlə... 19:48 Dünyada rekord sayda milyarder qeydə alındı - Lider... 19:31 Bakıda 30 il əvvəl törədilən qətlin istintaqı tamamlandı 19:03 Niderland ordusu 2028-ci ilədək Litvada qalacaq? - Krallıq bəyan etdi 18:21 "Sovetski"də qanunsuz sökülən evin taleyi necə oldu? 18:29 Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda yeddinci nümunəvi çimərlik açıldı 18:24 Ceyhun Bayramov Katrin Bomberger ilə görüşdü 18:11 Toza, palçığa və çirklənməyə meydan oxuyan silah: SIG516 platformasının 15 illik qlobal uğur xronikası 17:49 Arazdan sonra Azərbaycanın ən böyük dərdi Şəhriyarın Bakıya qovuşmaması idi... 17:46 Azərbaycanın yeni nəsil hərbi mütəxəssisləri vəzifələrinə başladı 17:33 Президент Ильхам Алиев выразил соболезнования Делси Родригес 17:19 Dəmir çatışmazlığı necə hiss olunur? Əlamətlər və dəstəkləyici təbii yollar 16:05 Все новости