Suriyada Əsəd rejimindən qalan “miras” tapıldı

Suriyada Əsəd rejimindən qalan “miras” tapıldı
18.08.2026 19:27

Suriyada Bəşər Əsəd rejimi dövründən qalan nüvə materiallarının olduğu açıqlanıb.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir. 

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi bildirib ki, əvvəllər bəyan edilməmiş obyektdə bir neçə ton nüvə materialı aşkarlanıb. Onun sözlərinə görə, bu materiallardan zərərli məqsədlərlə istifadə edilə bilər.

Suriya iyul ayında məsələ barədə könüllü şəkildə BAEA-ya məlumat verib və agentliyin müfəttişlərinə obyektə giriş imkanı yaradıb.

Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani bildirib ki, materiallar ölkənin nəzarətində və BAEA-nın təminatları altında qalacaq. O, Suriyanın nüvə proqramından dinc məqsədlərlə istifadə etmək hüququnun olduğunu vurğulayıb.

Məlumata görə, nüvə materialları 2007-ci ildə İsrail tərəfindən məhv edilən Əl-Kibar reaktoru ilə əlaqələndirilir. İsrail həmin obyektin Şimali Koreyanın yardımı ilə inşa edildiyini iddia edib.

Qrossi isə Suriyanın BAEA qarşısındakı öhdəliklərinə əməl edən ölkə statusuna qayıtdığını bildirərək, nüvə məsələsində “keçmiş səhifənin çevrildiyini” deyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
18 AVQUST 2026
“Sevgi evi”ndə nələr baş verib? - Sahibi həbs edildi 20:17 İsrail HƏMAS komandirlərini vurdu 20:04 Dəhşətli QƏZA: Maşın vuran piyadalardan biri öldü, digəri isə… 19:52 2-3 həftə suyun altından çıxmayacaq: Hindistan 6 yeni sualtı qayıq alır 19:40 Yuşşenko İlham Əliyevə belə təşəkkür etdi 19:31 Suriyada Əsəd rejimindən qalan “miras” tapıldı 19:17 Sürücülərə ŞAD XƏBƏR! Bu yollarda təmir işləri yekunlaşdı 19:07 Axirət günü nə vaxt olacaq? 19:03 19 yaşlı qız bıçaqlandı - Qardaşı təslim oldu 18:56 Yemək bişirmədiyinə görə arvadını vəhşicəsinə döydü - TƏFƏRRÜATLAR 18:50 Müəllimlərin işə qəbulu üzrə nəticələr bəlli oldu - Namizədlərin NƏZƏRİNƏ! 18:41 Tramp İranla “əlaqə” söhbətinə aydınlıq gətirdi 18:34 Rusiyada anbarlar yanarkən, keşiş pivəyə dua etməyə gəldi 18:25 “Qırmızı Körpü”də nə baş verir? Sürücülər gömrükdə qaldı 18:15 Azərbaycan CNN-ni məhkəməyə verdi 18:06 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi 17:07 “Sabahın ulduzları” arasında milli komandanın gələcək futbolçuları seçilir 17:45 “Uilyams” Albonu komandada saxladı: tərəflər yeni müqavilə imzaladı 17:22 Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu 17:17 Türkiyədə mikroavtobus xəndəyə aşdı 16:46 Putin Myanmalı həmkarı ilə görüşdü 16:35 "Dohaya zərbə endirmək istəyirdilər" – Qətərdən İranın əsir pilot iddialarına sərt cavab 16:21 Qarğıdalı hər kəs üçün faydalı deyil - Mütəxəssislərdən XƏBƏRDARLIQ 15:38 Karlos Saynzın qazancı kəskin arta bilər – yeni müqavilə gündəmdə 16:08 Paşinyan: "Ermənistanın ABŞ ilə əlaqələri genişlənəcək" 15:31 Bütün Xəbərlər