Qara dənizdə gəmi alovlara büründü - 21 nəfər təxliyə edildi
Qara dənizdə Liberiya bayrağı altında üzən ANNA S adlı balkaer gəmisində yanğın baş verib.
TodayPress TV xəbər verir ki, ilkin məlumata görə, hadisəyə səbəb gəminin pilotsuz uçuş aparatlarının ehtimal olunan hücumuna məruz qalması olub. Hadisənin Novorossiyskdən təxminən 20 dəniz mili aralıda, Rusiyanın ərazi sularından kənarda baş verdiyi bildirilir.
Məlumata əsasən, Yunanıstanın “Neptune Tradebulk” şirkətinə məxsus gəmi beş dronun hücumuna məruz qalıb.
Gəminin 21 nəfərlik heyəti təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hücumdan sonra balkaerə ciddi ziyan dəydiyi və gəmidə yanğının baş verdiyi bildirilir.
Qeyd edək ki, son günlər Novorossiysk ətrafında dəniz nəqliyyatına qarşı dron hücumları ilə bağlı bir neçə insident qeydə alınıb.
Kübra Musayeva