Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşdü - Nələr müzakirə edildi?

Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşdü - Nələr müzakirə edildi?
24.06.2026 19:00

Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Əl-Maavali ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, parlamentlərin qarşılıqlı əlaqəsi ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm töhfə verir. Görüşdə qanunverici orqanların beynəlxalq parlament təşkilatlarında birgə əməkdaşlığı qeyd olunub.

O cümlədən, Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı kimi təşkilatlarda qarşılıqlı dəstəyin əhəmiyyəti ifadə edilib.

S. Qafarova Omanın Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində yaxından iştirakından məmnunluğunu bildirib.

Əl-Maavali İƏT-nin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib və bu tədbir çərçivəsində müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb.

O, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu və bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların mövcudluğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
24 июня 2026
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı 21:41 Danimarka Ukrayna üçün 15 min əlavə uzaqmənzilli sursat ayırdı 22:27 "Sabah" Avstriyada ilk yoxlama matçını keçirdi 22:47 700 bal toplayan abituriyent: Bu, şans yox bacarıq tələb edir 22:25 BMT Livandakı son vəziyyəti açıqladı 22:23 İranlı bloger Bakı haqda elə şeylər dedi ki… – Qara siyahıya salınacaq? – VİDEO 22:23 İngiltərədə qatar qəzasının təfərrüatı məlum oldu 21:28 ABŞ Türkiyəyə reaktiv mühərriklərin satışını təsdiqləyir? 21:58 Gürcüstanla bağlı qətnamə qəbul EDİLDİ 21:09 İran ciddi güzəştlərə gedir - Tramp 21:41 ABŞ-də güclü zəlzələ BAŞ VERDİ 20:58 Azərbaycan və Seneqal parlamentlərarası əməkdaşlığı müzakirə etdilər 21:11 Qəbul imtahanından neçə nəfər xaric olunub? 20:51 ABŞ və İranın texniki qrupları bu tarixdə yenidən bir araya gəlir 20:50 İmtahanda bir abituriyent 700 bal topladı - FOTO 20:37 Katz: "ABŞ bizdən ordunu Livandan çıxarmağı tələb etmir" 20:31 ABŞ beynəlxalq su yollarının ödənişli olmasına qarşı çıxır 20:26 I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticəsi elan oludu 20:20 Sahibə Qafarova İran parlamentinin sədri ilə görüşdü 19:54 Fələstin Səhiyyə Nazirliyi növbəti ölüm faktını açıqladı 19:08 ABŞ Konqresində ilk: Azərbaycanlıların etnik təmizləməyə məruz qalması Vaşinqtonun gündəmində 19:01 İraq Prezidenti İlham Əliyevi təbrik etdi 19:11 Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşdü - Nələr müzakirə edildi? 18:27 ABŞ səfirliyi bu ölkədə fəaliyyətini bərpa etdi 18:24 Pakistan və Qətər rəhbərləri Bürgenştok danışıqlarını müzakirə etdi 18:17 Все новости