Tehran susmadı! BƏƏ-nin raket iddiasına reaksiya verdi

Tehran susmadı! BƏƏ-nin raket iddiasına reaksiya verdi
19.08.2026 01:37

İran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İran qüvvələrinin əmirlik ərazisi istiqamətində raket buraxması barədə açıqlamalarını təkzib edib.

TodayPress TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

Bəqainin İran Xarici İşlər Nazirliyinin saytında yayımlanan açıqlamasında qeyd olunur ki, Tehran İranın ölkəyə raket buraxması ilə bağlı BƏƏ-nin iddiasını qəti şəkildə rədd edir və İslam Respublikasına qarşı səsləndirilən ittihamlardan təəssüf hissi keçirir.

Rəsmi nümayəndə bu cür ittihamların mehriban qonşuluq prinsipinə zidd olduğunu, region ölkələri arasında etimadın möhkəmləndirilməsi və Fars körfəzi bölgəsində qeyri-sabitliyin artmasının qarşısının alınması istiqamətində səyləri sarsıtdığını bildirib.

Bəqai bütün tərəfləri İslam Respublikasına qarşı əsassız ittihamlardan çəkinməyə çağırıb. O, bunu ABŞ və İsrailin “regionda sülh və təhlükəsizliyə qarşı yönəlmiş” davam edən fəaliyyətləri ilə bağlı mövcud çətinlikləri nəzərə almağın vacibliyi ilə əlaqələndirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Tramp İrana qarşı strategiyanı dəyişdi: Danışıqlar DAYANDIRILDI! 02:26 Tehran susmadı! BƏƏ-nin raket iddiasına reaksiya verdi 01:36 Çempionlar Liqası: “Fənərbağça” “Lion”la heç-heçə etdi 01:24 BƏƏ-dən gözlənilməz QƏRAR: İranla bütün əlaqələr DONDURULDU 00:49 Türkiyədə zəlzələ baş verdi 00:43 BƏƏ Müdafiə Nazirliyi İrandan atılan raketlə bağlı açıqlama yaydı 00:13 Ukraynada bir aydır davam edən etirazlardan sonra Fedorov danışdı 23:57 Türkiyədə qohum ailələr arasında silahlı qarşıdurma: Ölən və yaralananlar var 23:46 Yunanıstanda eyni anda bir neçə meşə yanğını başladı 23:26 Moskva Bakıya mesaj verdi: “Bu, Rusiyanın mövqeyi deyil” 23:32 ABŞ Yaxın Şərqdən çəkilir? - Pentaqonun planı üzə çıxdı 23:15 Bu ərazilərdə işıq OLMAYACAQ 22:55 İran-Azərbaycan münasibətlərində yeni səhifə: Əraqçidən AÇIQLAMA 22:57 Trampın Şimali Koreya siyasətinə BMT-dən cavab gəldi 22:47 Belarus sərhədində DƏHŞƏTLİ statistika: 96 miqrant öldü 22:25 Azərbaycana qarşı açıqlamaları ilə tanınan Rusiya rəsmisi istefa verdi! 22:30 70 mindən çox miqrantdan sonra sərhədlərlə bağlı YENİ QƏRAR 22:06 BMT İsrailə “dur” dedi: Suriyaya zərbələrə kəskin reaksiya 21:58 Türkiyədən İsrailə SƏRT REAKSİYA: “Suriyanın ərazi bütövlüyünü pozur!” 21:34 Ayxan Cavadov finala vəsiqə qazandı 21:27 Emin Cavadlı bürünc medal qazandı 21:22 Dəhşətli QƏZA: Maşın vuran piyadaların ikisi də öldü - YENİLƏNDİ 19:52 Tanınmış vəkil dələduzluğa görə həbs edildi 21:05 BƏƏ-də HƏYƏCAN: İrandan iki raket buraxıldı 20:58 Suriya zərbəsinin pərdəarxası: İsrail Türkiyəni hədəf aldı? 20:51 Bütün Xəbərlər