Liderlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular

Liderlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular
23.06.2026 13:54

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.

TodayPress TV xəbər verir ki, “Heydər Əliyev və Qarabağ” sərgisində Ulu Öndərin Qarabağın siyasi, iqtisadi, sosial və mədəni inkişafında xidmətlərini əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur.

Burada, eyni zamanda, Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, keçirdiyi müxtəlif görüş və tədbirlərə aid fotolar da yer alıb. Sərginin ekspozisiyası 1969-cu ildən başlayaraq Qarabağın və Şərqi Zəngəzurun tarixində başlanan böyük dönüş dövrünü ziyarətçilərə çatdırır.

Doğma xalqının böyük təəssübkeşi olan dahi şəxsiyyət Heydər Əliyevin mürəkkəb tarixi şəraitdə bölgənin həyatının bütün sahələrində reallaşdırdığı geniş islahatlara dair faktlar foto və videomateriallar vasitəsi ilə ziyarətçilərə çatdırılır.

Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən “İz” filmi də nümayiş olunur.

TodayPress TV

ФОТО

Liderlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular — 1
Liderlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular — 2
Liderlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular — 3
Liderlər Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular — 4
ЛЕНТА НОВОСТЕЙ
19 августа 2026
Daimi diş yerindən çıxarsa, onu xilas etmək mümkündür: Nə etmək lazımdır? 14:38 Sibiqa Ukraynanın xarici siyasətinin üç prioritetini açıqladı 14:32 Poqbaya təşəkkür, amma məyusluq: “Nəticə gözləntilərimizi doğrultmadı” 14:32 Неожиданный ход незадолго до голосования: Хмара покинул свой пост 14:04 Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olundu 14:27 Rassell etiraf etdi: “Mercedes”in problemi üzündən bütün səylərim boşa getdi 14:15 Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi 14:20 Çaylarda sululuq səviyyəsi artacaq - XƏBƏRDARLIQ 13:49 “Roma” gələcəyin ulduzunu transfer etdi: Rodriqu Mora Romaya gəldi 14:06 Обмен военнопленными между Россией и Украиной по формуле «103 на 103» 13:46 "OpenAI" yeni süni intellekt modellərinin hazırlanmasını dayandırdı 13:22 İndoneziyada zəlzələ nəticəsində minlərlə insan evsiz qaldı 12:45 Радостная новость для онкобольных: спорт восстанавливает ослабленную иммунную систему 12:07 Pol Poqbanın “Monako” macərası erkən başa çatdı 13:10 Qalxanvari vəzi xəstəliklərinin 10 xəbərdarlıq əlaməti 12:05 Prezidentdən traktor istəyən Gülərin arzusu reallaşdı – VİDEO 13:07 Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI 12:40 Иран объявил двух сотрудников посольства Франции "персонами нон грата" 12:10 Yarımfinal bileti və medal! Əli Baxışov Avropada növbəti qələbəsini qazandı 12:49 Хорошая новость для любителей кофе: предотвращает потерю мышечной массы в старости 11:57 “Qarabağ”ın Avropa hədəfi bəlli oldu: əsas mərhələyə vəsiqə! 12:28 Qalib Bayramovun cinayət işi üzrə məhkəmə prosesi baş tutdu 11:54 Azərbaycan əmindir ki, biz uduzacağıq - Video 12:27 Rusiya İrəvana şərt qoydu: Malların buraxılması... 12:22 В Агдаме при рытье могилы были обнаружены боеприпасы 11:49 Все новости