Sibiqa Ukraynanın xarici siyasətinin üç prioritetini açıqladı
"Ukrayna diplomatiyasının əsas prioritetləri Rusiya ilə münaqişəyə son qoymaq, Aİ və NATO-ya üzv olmaqdır".
TodayPress TV "Ukrinform"a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ali Radada keçirilən dinləmələr zamanı bildirib.
Onun sözlərinə görə, Kiyev münaqişənin “həlledici mərhələsindədir” və bu mərhələdə diplomatiya xüsusi əhəmiyyət kəsb edir.
“Biz qarşılaşdığımız çağırışları aydın şəkildə dərk edir və nə etməli olduğumuzu bilirik. Üç əsas prioritetimiz var: ədalətli sülh, Aİ və NATO, dünya ukraynalılığı. Ümumilikdə, xarici siyasətin maksimum dərəcədə praqmatikləşdirilməsi və iqtisadiləşdirilməsi istiqamətində kurs götürürük”, – deyə Sibiqa bildirib.
O vurğulayıb ki, hərbi əməliyyatlara son qoymaq üçün “döyüş meydanında və danışıqlar masası arxasında güc” lazımdır. Buna görə də Kiyev bu məsələyə ABŞ və Avropa ölkələrini cəlb etmək, Moskvaya təzyiqi gücləndirmək və yardımın davam etdirilməsini tələb etməklə məşğul olacaq.
Qiymət Mahir