Rassell etiraf etdi: “Mercedes”in problemi üzündən bütün səylərim boşa getdi

Rassell etiraf etdi: “Mercedes”in problemi üzündən bütün səylərim boşa getdi
19.08.2026 14:21

“Mercedes” komandasının pilotu Corc Rassell bolidin texniki problemləri səbəbindən sürüş üslubunu dəyişməyə çalışdığını, lakin sonradan bunun yanlış yanaşma olduğunu anladığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb. 

Rassellin sözlərinə görə, “Silverstoun”da və “Spa” trasında keçirilən məşq sessiyalarında bolidin düzlüklərdə daha sürətli olması üçün sürüş tərzini dəyişməyə çalışıb.

“Bu, həqiqətən də məni çox yüklədi. “Silverstoun”da və “Spa”da cümə və şənbə günlərinin böyük hissəsində bolidin düzlüklərdə sürətli olması üçün necə idarə etməli olduğumu düşünürdüm. Qaza necə basdığımı, ötürmələrdən necə istifadə etdiyimi analiz edirdim.

Məlumatlar problemin səbəbinin məhz bu ola biləcəyini göstərirdi. Lakin sonda məlum oldu ki, məsələ bundan qaynaqlanmır.

Beləliklə, üç sessiya ərzində sürüş üslubumu yeni texnikaya uyğunlaşdırmaq üçün göstərdiyim bütün səylər, əslində, boşa getdi. Sadə məqamlara fokuslansam, ən yaxşı nəticəni məhz o zaman göstərdiyimi bilirəm. Amma bizim məşğul olduğumuz idman növü heç də sadə deyil. Buna görə də “gəlin yalnız sadə şeylərə fokuslanaq” demək bəzən bunu həyata keçirməkdən daha asandır”, – deyə Rassell bildirib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Barrak: "İsrailin Suriyaya zərbəsi Türkiyə ilə qarşıdurma riskini artırıb" 14:47 Daimi diş yerindən çıxarsa, onu xilas etmək mümkündür: Nə etmək lazımdır? 14:38 Sibiqa Ukraynanın xarici siyasətinin üç prioritetini açıqladı 14:32 Poqbaya təşəkkür, amma məyusluq: “Nəticə gözləntilərimizi doğrultmadı” 14:32 Səsverməyə bir qədər qalmış gözlənilməz gediş: Xmara postunu tərk etdi 14:04 Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olundu 14:27 Rassell etiraf etdi: “Mercedes”in problemi üzündən bütün səylərim boşa getdi 14:15 Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi 14:20 Çaylarda sululuq səviyyəsi artacaq - XƏBƏRDARLIQ 13:49 “Roma” gələcəyin ulduzunu transfer etdi: Rodriqu Mora Romaya gəldi 14:06 Rusiya və Ukrayna arasında 103-ə 103 hərbi əsir mübadiləsi 13:46 "OpenAI" yeni süni intellekt modellərinin hazırlanmasını dayandırdı 13:22 İndoneziyada zəlzələ nəticəsində minlərlə insan evsiz qaldı 12:45 Alimlərdən xərçəng xəstələrinə müjdə: İdman zəifləmiş immun sistemini dirçəldir 12:07 Pol Poqbanın “Monako” macərası erkən başa çatdı 13:10 Qalxanvari vəzi xəstəliklərinin 10 xəbərdarlıq əlaməti 12:05 Prezidentdən traktor istəyən Gülərin arzusu reallaşdı – VİDEO 13:07 Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI 12:40 İran Fransa səfirliyinin iki əməkdaşını "persona non grata" elan etdi 12:10 Yarımfinal bileti və medal! Əli Baxışov Avropada növbəti qələbəsini qazandı 12:49 Qəhvə həvəskarlarına şad xəbər: Qocalıqda əzələ itkisinin qarşısını alır 11:57 “Qarabağ”ın Avropa hədəfi bəlli oldu: əsas mərhələyə vəsiqə! 12:28 Qalib Bayramovun cinayət işi üzrə məhkəmə prosesi baş tutdu 11:54 Azərbaycan əmindir ki, biz uduzacağıq - Video 12:27 Rusiya İrəvana şərt qoydu: Malların buraxılması... 12:22 Bütün Xəbərlər