İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirildi

İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirildi
23.06.2026 19:45

Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqının Baş Komitəsinin 27-ci sessiyası keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclis sədrinin müavini, İƏT Pİ-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Rafael Hüseynov tədbirə sədrlik edib.

O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biri İƏT olub.

Daha sonra çıxış edən İƏT Pİ-nin baş katibi Muhammed Xurayçi Niyass təşkilat çərçivəsində əməkdaşlığın, dialoqun və qarşılıqlı anlaşmanın əhəmiyyətini vurğulayıb.

Sonra gündəliyin məsələləri müzakirə olunub.

Əvvəlcə bir sıra təşkilati məsələlərə baxılıb. İƏT Pİ-də Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini Ceyhun Məmmədov komitənin məruzəçisi seçilib.

Daha sonra sessiyanın gündəliyi və iş proqramı təsdiqlənib. Baş katibin hesabatı, İcraiyyə Komitəsi iclaslarının hesabatları dinlənilib və qəbul edilib. İclasda təşkilatın 2025-ci il üzrə maliyyə hesabatı da qəbul olunub, eləcə də növbəti il üçün büdcə layihələrinə baxılıb.

İclasda təşkilati məsələlər çərçivəsində İƏT Pİ Konfransının 20-ci sessiyasının yenilənmiş gündəliyinin layihəsinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Bununla da İƏT üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının ikinci günü başa çatıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
24 июня 2026
DÇ-2026: İngiltərə Qana ilə oyunda xal itirdi 02:03 Sabah bu ərazidə QAZ olmayacaq 23:38 Bu rayonlarda işıq OLMAYACAQ 23:35 Ermənistan Ukraynanın bərpası forumunda: Moskva ilə gərginlik fonunda yeni mesaj 01:11 Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin üzvlüyünə seçildi 22:49 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq 21:27 Sumqayıtda 196 sürücü saxlanılıb - SƏBƏB - VİDEO 23:12 ÜST-dən XƏBƏRDARLIQ: "Sürətlə yayılır" 22:53 BMT-dən Livan üçün xüsusi komanda yaradır - Dağıntılar araşdırılacaq 22:46 DÇ-2026-nın qalibinə kuboku Tramp təqdim edəcək 23:07 Trampdan İranın təkzibinə reaksiya: "Müfəttişlər İrana gedəcək" 22:40 DÇ-2026: Portuqaliya Özbəkistani məğlub etdi 23:03 "Hizbullah" lideri xəbərdarlıq etdi: Livanda qala bilməyəcəklər 22:34 Körfəzdə köməksiz qalan minlərlə dənizçinin təxliyəsinə başlanılır 22:29 Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - AÇIQLANDI 22:20 Məşhur hospitalın fəaliyyəti DAYANDIRILDI 21:25 Ronaldo ilkə imza atdı 22:00 Rubio: "Livan məsələsi İran sazişindən tamamilə ayrı tutulacaq" 21:17 İlham Əliyevindən Türkmənistan Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım 21:51 Bu il keçid balları enəcək? - DİM sədri AÇIQLADI 21:41 İsrailin ABŞ-dəki səfiri atəşkəs danışıqlarını "qatar qəzası" adlandırdı 21:12 Serbiyanın müdafiə naziri Azərbaycana səfər edəcək 21:10 Rubio Əbu-Dabiyə eniş etdi - Nələr müzakirə ediləcək? 21:03 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirildi 21:13 "Qiymətlərlə nəticələr arasında uyğunluq yoxdur" - Məleykə Abbaszadə 21:54 Все новости