Çempion meydana çıxır! NBA-də yeni mövsümün açılış oyunları bəlli oldu
NBA-nin 2026/2027-ci illər mövsümünün açılış oyunlarının keçiriləcəyi tarix və qarşılaşacaq komandalar müəyyənləşib.
TodayPress TV ESPN-ə istinadən xəbər verir ki, yeni mövsümün ilk oyunları oktyabrın 20-də keçiriləcək.
NBA-nin 2026/2027 mövsümünün açılış matçları:
“Detroyt Pistons” – “Boston Seltiks”
“Nyu-York Niks” – “Filadelfiya”
“San- Antonio Spörs” – “Oklahoma-Siti Tander”
Qeyd edək ki, 2025/2026 mövsümünün NBA finalında “Nyu-York Niks” və “San-Antonio Spörs” qarşılaşıb. Beş oyundan sonra seriyada Nyu-York təmsilçisi qalib gəlib.
“Niks” üçün bu çempionluq klub tarixində üçüncü titul olub. Komanda 53 ildən sonra, 1973-cü ildən bəri ilk dəfə NBA çempionluğunu qazanıb.
Namiq HUN