Ceyhun Bayramov Fuad Oktay və Nikoloz Şamxaradze ilə görüşdü

Ceyhun Bayramov Fuad Oktay və Nikoloz Şamxaradze ilə görüşdü
24.02.2026 14:30

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay və Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin başçılıq etdiyi nümayəndə heyətlərini qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dörüş zamanı, Azərbaycan–Türkiyə arasında müttəfiqlik və Azərbaycan–Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də geniş bölgədə təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Görüşdə, Parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin, xüsusilə xarici əlaqələr komitələri arasında müntəzəm təmasların əhəmiyyəti diqqətə çatdırılıb. Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasının münasibətlərə əlavə təkan verdiyi məmnunluqla qeyd olunub.

Tərəflər Parlamentlər ilə yanaşı xarici işlər və müdafiə nazirləri arasında üçtərəfli əməkdaşlıq formatlarının regionda sülh, sabitlik, təhlükəsizlik və rifahın möhkəmləndirilməsinə töhfə verdiyini qeyd ediblər. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, o cümlədən Orta Dəhlizin inkişafı, regional iqtisadi inteqrasiya müzakirə olunan əsas mövzular sırasında olub.

Bununla yanaşı, post-münaqişə dövründə regionda davamlı sülhün və sabitliyin təmin olunması, normallaşma prosesi və parlament diplomatiyasının bu istiqamətdə rolu barədə fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan sülh və normallaşma prosesi barədə ətrafı məlumat verib, ölkəmizin atdığı addımları və gözləntilərimizi diqqətə çatdırıb.

TodayPress TV

ФОТО

Ceyhun Bayramov Fuad Oktay və Nikoloz Şamxaradze ilə görüşdü — 1
Ceyhun Bayramov Fuad Oktay və Nikoloz Şamxaradze ilə görüşdü — 2
ЛЕНТА НОВОСТЕЙ
03 августа 2026
“Berkan” iddiaları boşa çıxdı: Vozinya Çilidədir 10:34 Qızıl həftəyə yüksəlişlə başladı 10:32 MLS-də superkomanda: De Bröyne də yoldadır? 10:22 Цены на нефть упали более чем на 5% 10:20 Salah Trabzona gəlir? Klub prezidentindən cavab gəldi 10:12 “Arsenal” iddiaları fonunda Vinisius qərarını verir 10:00 МЧС: На прошлой неделе было осуществлено 861 выезд на пожар, спасены 59 человек 09:55 Состоится экзамен по способностям для желающих поступить на журналистику 09:40 Zidanın ilk oyunu rekord maraqla qarşılandı 09:28 Не согласился на снижение зарплаты, расставание стало неизбежным 09:23 Атака БПЛА на один из крупнейших логистических складов России 09:17 Luis Enrike gözünü “Barselona”nın ulduzuna dikdi 09:07 «После "Возмездия" возврата не было» — операция, изменившая судьбу Карабаха 09:02 Klublararası DÇ-dən sonra FIFA tənqid hədəfinə çevrildi 08:50 FIFA-nın böhranı: Klublararası DÇ ləğv oluna bilər 08:46 В Египте произошло сильное землетрясение 08:43 Belqorodda universitet binasına hücum: PUA İDDİASI - VİDEO 08:38 “Brent” neftinin qiyməti kəskin azaldı 08:09 Fridrix Merts istefa verə bilər 07:58 Vaşinqtonda alovun qarşısı alınmır: Trampdan yardım istədilər 07:52 Yasamalda bir sıra ərazilərdə üç saat işıq olmayacaq 07:44 Susuzluğu hansı daha yaxşı yatırır? Qarpız və çiyələk müqayisə edildi 00:17 Bu əşyaları uzadıcıya taxmayın! Yanğın baş verə bilər 23:51 İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı 23:30 2000-ci illərin mətbəx dəbi yenidən qayıdır - Amma bu dəfə fərqli görünüşdə 23:23 Все новости