Bu qanun layihəsi Azərbaycan parlamentində dəstəkləndi

Bu qanun layihəsi Azərbaycan parlamentində dəstəkləndi
29.06.2026 20:16

Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu Fransa Milli Assambleyasında qəbul edilmiş konstitusiya qanunu layihəsinə dair bəyanat yayıb.

TodayPress TV Milli Məclisə istinadən xəbər verir ki, bəyanatda deyilir:

"Fransa Milli Assambleyasında Korsikanın Fransa Respublikası daxilində xüsusi muxtariyyət statusunun təsbit edilməsini nəzərdə tutan konstitusiya qanunu layihəsinin qəbul olunması Korsika xalqı üçün mühüm mərhələdir. Qanun layihəsi adanın tarixi, mədəni, sosial və coğrafi xüsusiyyətləri nəzərə alınmaqla Korsikaya daha geniş özünüidarəetmə səlahiyyətlərinin verilməsini nəzərdə tutur və bu baxımdan Korsika xalqının uzun illər ərzində apardığı dinc, demokratik və ardıcıl mübarizənin mühüm siyasi nəticəsi kimi qiymətləndirilir.

Biz, Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu olaraq, Korsika xalqının bu əzmini, qətiyyətini və demokratik prinsiplərə sadiqliyini yüksək qiymətləndirir, onları səmimi qəlbdən alqışlayırıq. Korsika xalqının öz gələcəyini müəyyənləşdirmək istiqamətində nümayiş etdirdiyi əzm və qətiyyət bir daha göstərir ki, xalqların legitim tələbləri gec-tez siyasi müstəvidə öz əksini tapır. Bu baxımdan Fransa Milli Assambleyasında qəbul olunmuş qərar yalnız qanunvericilik aktı deyil, həm də Korsika xalqının uzunmüddətli mübarizəsinin mühüm siyasi nailiyyətidir.

Ümidvarıq ki, Fransa Senatı da tarixi məsuliyyət nümayiş etdirərək Fransa Milli Assambleyasının qəbul etdiyi qərarı dəstəkləyəcək və bununla da Korsika xalqının demokratik iradəsinə hörmət ifadə edəcək. Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu bundan sonra da Korsika xalqının qanuni hüquqlarının, demokratik iradəsinin və dinc siyasi mübarizəsinin beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymətləndirilməsini dəstəkləməyə davam edəcək".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
29 июня 2026
İsrail HƏMAS-ın yeraltı obyektlərinə zərbələr endirdi 23:47 Xameneinin müavini yol qəzasında həlak oldu 23:36 Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə sıçradı 23:19 DÇ-2026: Yaponiyanı məğlub edən Braziliya 1/8 finala yüksəldi - VİDEO 23:17 Bakıda qadın evinin həyətində ölü tapıldı 22:47 Dünya Bankından Bakıya 410 milyon dollarlıq dəstək 22:56 Ölkəsinin gələcəyindən danışdı - “Bizə rahatlıq verməyəcəklər” 22:49 Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1719 nəfərə çatdı 22:36 Zelenskidən sensasion açıqlama: Putinə sülh təklifini Lukaşenko çatdırıb 22:30 “Qurani-Kərim”lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı 22:21 Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər 20:28 Putinin müsahibəsindən 6 dəqiqəlik hissənin çıxarıldığı iddia olunur 22:00 Cüdoçularımız Avropa çempionatında 5 medal qazandılar 21:49 Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqladı 21:41 Almaniyada 26 nəfər suda boğularaq həyatını itirib - Bu səbəbdən 19:52 Rusiya yenidən hücuma keçdi: Zaporojyedə inzibati bina vuruldu - VİDEO 21:22 Ermənistan parlamentinin sədr müavinliyinə namizəd oldular 21:15 Paşinyan "erməni soyqırımı"nı ələ saldı: "İmtina edilməlidir" 21:12 "Türk Dünyası Həftəsi"nin ilk gününün icmal videosu yayıldı 21:07 İsraildən XƏBƏRDARLIQ: İran raket zərbəsi endirərsə... 20:47 Tokayev Kobaxidzeni I dərəcəli "Dostık" ordeni ilə təltif etdi 20:49 Paşinyan Putinlə görüşün tarixini açıqlamadı 20:44 Sultanın qarşısına eynəkdə çıxdı - “Həyat yoldaşı şillə vurub” 20:31 Hörmüzü minalardan birgə təmizləyəcəklər 20:05 Hindistan və Səudiyyə Ərəbistanı memorandum imzaladı 20:03 Все новости