BMT-dən Azərbaycana tərif: Yol təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər var

BMT-dən Azərbaycana tərif: Yol təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər var
02.07.2026 18:06

BMT Azərbaycanın yol təhlükəsizliyi sahəsindəki tədbirlərini yüksək qiymətləndirir.

TodayPress TV xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu fikirlər xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda səfərdə olan BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todtla görüşü zamanı səsləndirilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq gündəliyi, yol təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq məsələləri, habelə bu istiqamətdə qlobal təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, təhlükəsiz, dayanıqlı və müasir nəqliyyat sisteminin inkişafı, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl islahatlar barədə məlumat verib. Bu çərçivədə, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, rəqəmsal həllərin tətbiqi və yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi sahəsində görülən işlər vurğulanıb. Nazir həmçinin bütün ölkə ərazisində, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə yüksək səvuyyəli yol və infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.

Jan Todt BMT Baş katibinin xüsusi elçisi qismində həyata keçirilən fəaliyyət, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib. O, Azərbaycanın yol təhlükəsizliyi sahəsində həyata keçirdiyi tədbirləri və əldə olunan irəliləyişi yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

ФОТО

BMT-dən Azərbaycana tərif: Yol təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər var — 1
BMT-dən Azərbaycana tərif: Yol təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər var — 2
ЛЕНТА НОВОСТЕЙ
02 июля 2026
Ermənistan Prezidentinin qəbul zalından yoxa çıxan tablonun FOTOSU 20:20 Səkkiz gün sonra dağıntılar altından sağ çıxarıldı 20:12 Xameneinin dəfninə Azərbaycandan kimlər gedəcək? - ADLAR 19:57 Qazaxda çayda batan yeniyetmə son anda xilas edildi - YENİLƏNDİ 19:45 “Samsunspor”un istədiyi futbolçu “Qarabağ”ı seçdi 19:34 Paşinyan: Aİ bizi qəbul etməsə belə, qazanan Ermənistan olacaq 19:23 Belarus rəsmisindən TƏCİLİ çağırış: Rusiyaya getməyin! 19:16 Azərbaycandan keçməklə Ermənistana buğda daşınacaq 19:10 Ermənistan Naxçıvana gedən dəmir yolunu bərpa edəcək 19:05 Zelenski hadisə yerindən Rusiyanı HƏDƏLƏDİ - VİDEO 18:57 Müctəba Xamenei atasının dəfnində iştirak ETMƏYƏCƏK - Səbəb AÇIQLANDI 18:44 Paşinyan sabah İranın ən böyük yasında iştirak edəcək 18:39 Rusiya-Ukrayna müharibəsi bu tarixədək davam edəcək 18:29 Trampın səbəbinə “NATO xalqı” kef edir 18:22 Dünyanı narahat edən ölümcül virusla bağlı YENİ STATİSTİKA 18:12 CZ Scorpion EVO 3: Müasir avtomatların etibarlı və modulyar nümunəsi 18:10 BMT-dən Azərbaycana tərif: Yol təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər var 18:06 Nazirliyin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur 17:54 Azərbaycan HHQ komandanı Türkiyədə rəsmi səfərdədir 17:41 Kiyevə gecə hücumu: Ölənlərin sayı 20-yə çatdı - VİDEO - YENİLƏNDİ 2 08:24 С Америкой покончено – Иран взял курдов за горло 16:55 Себорейный дерматит: симптомы и методы контроля 16:45 Meteohəssas insanların NƏZƏRİNƏ! Sabah geomaqnit qasırğası olacaq 16:43 Seboreik dermatit: Əlamətlər hansılardır və necə nəzarətdə saxlamaq olar? 15:22 Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı - FƏRMAN 16:23 Все новости