Azərbaycanda gizlənən şəxslərin planı yarımçıq qaldı

Azərbaycanda gizlənən şəxslərin planı yarımçıq qaldı
10.07.2026 18:33

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında cinayətkarlığa qarşı mübarizə və hüquqi əməkdaşlıq çərçivəsində növbəti ekstradisiya proseduru uğurla həyata keçirilib.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatətləri əsasında həmin ölkənin vətəndaşları – 1981-ci il təvəllüdlü Raxmatullo Nomancanoviç Mirzaalimov və 1976-cı il təvəllüdlü Azamatcon Abduqapparoviç Toxtasinovun cinayət məsuliyyətinə cəlb olunmaları məqsədilə ekstradisiyası Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

İstintaq materiallarına əsasən, adıçəkilən şəxslər Özbəkistanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə, eləcə də ağır nəticələrə səbəb olan bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətlərini törətməkdə təqsirləndirilirlər. Bu səbəbdən onlar beynəlxalq axtarışa elan edilmişdilər.

Təqsirləndirilən şəxslər 2026-cı ilin aprel ayında Azərbaycan ərazisində müəyyən edilərək saxlanılıb, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq onların ekstradisiyası barədə qərarlar qəbul edilib. Daha sonra təqsirləndirilən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil veriliblər.

ЛЕНТА НОВОСТЕЙ
10 июля 2026
Goranboyda ağır qəza: Xəsarət alanlar arasında azyaşlılar da var 20:38 Vuçiç istefa verəcəyi tarixi AÇIQLADI 20:33 Crescent Mall-da həyəcan siqnalı - VİDEO 20:11 Tramp əmr verdi: “Mənə nəsə olsa…” 20:01 Qarabağın keçmiş rəhbərləri özlərini təqsirli bilmədi - Məhkəmədə nə baş verdi? 19:50 ABŞ-İran danışıqlarının keçiriləcəyi ölkə MƏLUM OLDU 19:43 Bu ölkə nüvə silahının onlayn satışına qadağa qoydu 19:38 Qətərli vasitəçilər TƏCİLİ Tehrana yollandı 19:18 Ərdoğan NATO liderlərinə niyə tapança hədiyyə etdi? 19:12 Tramp: “İranla atəşkəs tamamilə bitdi” 19:05 Parlamentin növbədənkənar iclasında bu məsələlər müzakirə olunacaq - SİYAHI 18:47 Lyayen Ərdoğanın hədiyyəsini istifadəyə yararsız hala salacaq 18:39 Azərbaycanda gizlənən şəxslərin planı yarımçıq qaldı 18:33 Tramp daha bir türk ölkəsinə dəvət aldı 18:24 Mbappe Fransa millisindən danışdı: “Ən güclü komanda deyilik” 18:19 ABŞ İsrailə icazə vermir - Netanyahu kənarda qaldı 18:06 "Barselona" Alvares üçün 130 milyon avro təklif edəcək 17:51 Silah sənayesində dizayn inqilabı: KRISS Vector və onun unikal imkanları 17:49 «Преподаватель сказал забрать жалобу, обещал помочь, а потом...» – Студента UNEC не допустили к экзамену 17:35 Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlandı 17:30 «Трамп слишком безумен, он сводит с ума своих соперников» — Болтон раскрыл секрет, да еще какой... 17:08 Bakıda 6 marşrutun hərəkəti dəyişdi 17:12 Спустя 20 лет объявлено решение, которое изменит судьбу Палестины 16:49 Бакинский офис «Байрактара» вызвал бурные обсуждения 16:43 "Bavi" tayfunu Çinə yaxınlaşır: "Narıncı" təhlükə xəbərdarlığı yeniləndi 16:42 Все новости