Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlandı

Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlandı
10.07.2026 17:19

Avrokubokların I təsnifat mərhələsinin ilk oyunları Azərbaycan futbolu tarixinə ən uğurlu həftə kimi düşüb.

TodayPress TV Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, klublarımızın hər üç oyunda qalib gəlməsi qitəmiqyaslı turnirlər tarixində ikinci belə hadisədir.

UEFA Çempionlar Liqasında "Sabah" TNS-i (Uels) 2:0, UEFA Avropa Liqasında "Qarabağ" "Vestri"ni (İslandiya) və UEFA Konfrans Liqasında "Zirə" "Torpedo"nu (Kutaisi, Gürcüstan) eyni – 3:0 hesabı ilə məğlub edib.

Komandalarımız bunadək yalnız bir dəfə həftə ərzində ən azı 3 oyun keçirib və hamısında qalib gəlib. 2013/2014 mövsümündə "İnter" "Mariehamn"ı (Finlandiya) 2:0, "Qarabağ" "Metallurq"u (Şimali Makedoniya) və "Xəzər Lənkəran" "Slima"nı (Malta) eyni – 1:0 hesabı ilə məğlub edib. Həmin qarşılaşmaların üçü də UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutub və 2013-cü il iyulun 11-də keçirilib.

13 ildən sonra 3 qələbə əldə olunsa da, bu dəfə daha yaxşı top fərqi qeydə alınıb. 2013-cü ildə qol buraxmayan üç klubumuz 4 qol vurubsa, yenə qapısını toxunulmaz saxlayan təmsilçilərimiz ikiqat çox – 8 dəfə rəqib qapısına yol tapıb.

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUL 2026
Goranboyda ağır qəza: Xəsarət alanlar arasında azyaşlılar da var 20:38 Vuçiç istefa verəcəyi tarixi AÇIQLADI 20:33 Crescent Mall-da həyəcan siqnalı - VİDEO 20:11 Tramp əmr verdi: “Mənə nəsə olsa…” 20:01 Qarabağın keçmiş rəhbərləri özlərini təqsirli bilmədi - Məhkəmədə nə baş verdi? 19:50 ABŞ-İran danışıqlarının keçiriləcəyi ölkə MƏLUM OLDU 19:43 Bu ölkə nüvə silahının onlayn satışına qadağa qoydu 19:38 Qətərli vasitəçilər TƏCİLİ Tehrana yollandı 19:18 Ərdoğan NATO liderlərinə niyə tapança hədiyyə etdi? 19:12 Tramp: “İranla atəşkəs tamamilə bitdi” 19:05 Parlamentin növbədənkənar iclasında bu məsələlər müzakirə olunacaq - SİYAHI 18:47 Lyayen Ərdoğanın hədiyyəsini istifadəyə yararsız hala salacaq 18:39 Azərbaycanda gizlənən şəxslərin planı yarımçıq qaldı 18:33 Tramp daha bir türk ölkəsinə dəvət aldı 18:24 Mbappe Fransa millisindən danışdı: “Ən güclü komanda deyilik” 18:19 ABŞ İsrailə icazə vermir - Netanyahu kənarda qaldı 18:06 "Barselona" Alvares üçün 130 milyon avro təklif edəcək 17:51 Silah sənayesində dizayn inqilabı: KRISS Vector və onun unikal imkanları 17:49 "Müəllim dedi şikayətini geri götür, kömək edəcəm, sonra isə..." – UNEC tələbəsi imtahana buraxılmadı 17:35 Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlandı 17:30 Tramp çox çılğındır, o rəqiblərini dəli edir - Bolton sirri açdı, nə açdı... 17:08 Bakıda 6 marşrutun hərəkəti dəyişdi 17:12 20 ildən sonra Fələstinin taleyini dəyişdirəcək qərar açıqlandı 16:49 Bayraktarın Bakı ofisi - Böyük müzakirə doğurdu 16:43 "Bavi" tayfunu Çinə yaxınlaşır: "Narıncı" təhlükə xəbərdarlığı yeniləndi 16:42 Bütün Xəbərlər