Baş direktor: Yerli xalqların hüquqları qanunla qorunmalıdır

Baş direktor: Yerli xalqların hüquqları qanunla qorunmalıdır
22.05.2026 10:20

“Yerli xalqlarla bağlı məsələlər ən yüksək hüquqi səviyyədə tanınmalıdır”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Bağlantının mərkəzində şəhərlər: Şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq” adlı xüsusi sessiyada Meksikanın Xarici İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti Təşkilatları ilə Əlaqələr üzrə baş direktoru Mariana Posada Lombana deyib.

O bildirib ki, hökumətlər yerli xalqlarla bağlı məsələləri ən yüksək hüquqi səviyyəyə qaldırmalıdır:

“Meksikada Konstitusiyanın ikinci maddəsi yerli xalqların və afro-meksikalı icmaların muxtariyyət, öz müqəddəratını təyin etmə, ənənəvi hüquq sistemindən istifadə, torpaq mülkiyyətinə çıxış və təbii resurslardan istifadə hüquqlarını tanıyır. Yerli xalqlarla bağlı məsələlərin həlli üçün dövlət səviyyəsində xüsusi institutların yaradılması vacibdir. Meksikada fəaliyyət göstərən Yerli Xalqlar üzrə Milli İnstitut bu sahədə bütün dövlət siyasətlərinin və proqramlarının icrasına cavabdehdir. Bu institut yerli xalqların hüquqlarının təmin olunması, onların davamlı inkişafı, eləcə də mədəniyyət və kimliklərinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Bütün Xəbərlər