AŞPA-nın anti-Azərbaycan qətnaməsi qəbul edildi: Ukraynalı deputatlar Bakıya dəstək verdi

AŞPA-nın anti-Azərbaycan qətnaməsi qəbul edildi: Ukraynalı deputatlar Bakıya dəstək verdi
24.06.2026 23:57

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana qarşı növbəti qətnamə qəbul edib. Sənəddə ölkəmizə qarşı tənqidi mövqe sərgilənsə də, müzakirələr zamanı bəzi deputatlar Azərbaycanın mövqeyini müdafiə ediblər.

TodayPress TV xəbər verir ki, ukraynalı deputatlar Aleksey Qonçarenko və Tamila Taşeva çıxışlarında Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə ediblər.

Tamila Taşeva bildirib ki, Ukrayna ərazi bütövlüyünün, suverenliyin və dövlətin öz torpaqları üzərində nəzarəti bərpa etmək hüququnun əhəmiyyətini yaxşı anlayır. Onun sözlərinə görə, bu prinsiplər bütün dövlətlər üçün eyni şəkildə tətbiq olunmalıdır.

Aleksey Qonçarenko da Azərbaycanın mövqeyini müdafiə edərək, ölkənin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində nəzarəti bərpa etdiyini vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan uzun illərdir Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və rəsmi Bakıya qarşı qərəzli yanaşmaların yolverilməz olduğu bildirilib.

Bununla yanaşı, AŞPA-nın qəbul etdiyi qətnamə Azərbaycana təzyiq göstərmək cəhdi kimi qiymətləndirilib və bu cür addımların Bakı ilə münasibətlərə mənfi təsir göstərə biləcəyi qeyd olunub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
14 августа 2026
Stubb Rusiyaya vaxt verdi: “Bir neçə həftəyə əlaqə qurmalıyıq” 08:34 Kolumbiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 280-i keçdi 08:25 Xankəndi növbəti sakinlərini qarşıladı 08:22 Oğruların ilk yoxladığı yerlər: Açarınızı buralarda gizlətməyin! 01:05 Z nəslinin həyatı niyə çətinləşdi? Əvvəllər adi olan 6 imkan yoxa çıxır 00:59 Sürücülərin ən “zəhlətökən” vərdişləri: Bunu siz də edirsiniz? 00:35 Çində meşələr böyüdü, su ehtiyatları azaldı - Araşdırmanın ilginc nəticəsi 00:30 Sakitlik axtaranlar bura getsin: Dünyanın ən sakit ölkəsi seçildi 22:37 MARAQLI KƏŞF: Həyat Yer üzündə iki dəfə yaranıb? 00:52 Təyyarəyə meydan oxuyan qatar: Çin dünyada ilkə imza atdı 01:51 Tramp ABŞ donanmasında “keçmişə dönüş” əmri verdi 01:56 Türklər kosmosu “fəth etməyə” hazırlaşır 01:42 Trampın kürəkəni İsrailə yollanır - Qəzzada nə baş verir? 01:18 Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxac yaratdı - VİDEO 00:45 İsrailin “canına qorxu düşdü” - İran yenidən silahlanır 00:41 Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!” 00:19 Məşhur şadlıq sarayı müsadirə olunaraq, hərraca çıxarıldı 23:55 Sürücülərin NƏZƏRİNƏ! Bu küçələr sabahdan bağlı olacaq 23:44 Qurban Qurbanov: “Rəqibi topsuz qoymağa çalışırdıq” 23:33 III qrup üzrə keçid balları AÇIQLANDI 23:28 “Qarabağ”ın pley-offdakı rəqibi Niderlanddandır 23:15 Tramp gömrükdə “deşik” tapdı və bağladı: 800 dollarlıq güzəşt ləğv edildi 23:06 Fidan Netanyahunun fələstinlilərlə bağlı dəhşətli planından danışdı 22:55 ABŞ-nin İrana qarşı yeni planı üzə çıxdı: Növbəti hədəflər bunlar ola bilər 22:42 Türkiyədə erməni məktəblərində yoxlama başladı: Şagirdlər təcili köçürülür 22:27 Все новости