Zelenski: "Ukrayna təhlükəsizlik sahəsində təcrübəsini Qətərlə bölüşür"

Zelenski: "Ukrayna təhlükəsizlik sahəsində təcrübəsini Qətərlə bölüşür"
29.03.2026 00:34

Ukraynanın ekspertlər komandası Qətərdə işləyir, orada təhlükəsizlik sahəsindəki təcrübəsini və peşəkar nailiyyətlərini bölüşür.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, mütəxəssislər artıq təhlükəsizlik sahəsindəki vəziyyətin ümumi qiymətləndirilməsini aparıb, Qətərin hava təhdidlərinə qarşı mübarizə imkanlarını öyrənib və ölkənin hava məkanının müdafiəsini gücləndirmək üçün konkret həllər hazırlayıblar.

Zelenski qeyd edib ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə görüş zamanı Ukrayna komandasının işinin yüksək qiymətləndirdiyini və verilmiş məsləhətlərə görə minnətdarlığı eşidib.

O vurğulayıb ki, hazırda region üçün əsas təhlükə ballistik raketlər və pilotsuz uçuş aparatlarının (PUA) hücumları olaraq qalır. Bununla yanaşı, Prezidentin bildirdiyinə görə, hava hücumundan müdafiə sistemləri ilə yanaşı, Ukrayna dronlarla mübarizə üçün iqtisadi cəhətdən daha səmərəli həllər də hazırlayıb. "Bunlar da müxtəlif növ PUA-lara qarşı öz səmərəliliyini artıq sübut edib",- o bildirib.

Onun sözlərinə görə, Qətər müxtəlif istiqamətlər üzrə uzunmüddətli əməkdaşlığa köklənib.

O, həmçinin regionda sabitliyin bərpasının vacibliyini vurğulayıb və qarşılıqlı yardımın qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verdiyi yanaşmanı dəstəklədiyini bildirib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 августа 2026
MLS-də superkomanda: De Bröyne də yoldadır? 10:22 Neft qiymətləri 5 %-dən çox aşağı düşdü 10:20 Salah Trabzona gəlir? Klub prezidentindən cavab gəldi 10:12 “Arsenal” iddiaları fonunda Vinisius qərarını verir 10:00 FHN: Ötən həftə 861 yanğına çıxış olub, 59 nəfər xilas edilib - VİDEO 09:55 Состоится экзамен по способностям для желающих поступить на журналистику 09:40 Zidanın ilk oyunu rekord maraqla qarşılandı 09:28 Не согласился на снижение зарплаты, расставание стало неизбежным 09:23 Атака БПЛА на один из крупнейших логистических складов России 09:17 Luis Enrike gözünü “Barselona”nın ulduzuna dikdi 09:07 «После "Возмездия" возврата не было» — операция, изменившая судьбу Карабаха 09:02 Klublararası DÇ-dən sonra FIFA tənqid hədəfinə çevrildi 08:50 FIFA-nın böhranı: Klublararası DÇ ləğv oluna bilər 08:46 В Египте произошло сильное землетрясение 08:43 Belqorodda universitet binasına hücum: PUA İDDİASI - VİDEO 08:38 “Brent” neftinin qiyməti kəskin azaldı 08:09 Fridrix Merts istefa verə bilər 07:58 Vaşinqtonda alovun qarşısı alınmır: Trampdan yardım istədilər 07:52 Yasamalda bir sıra ərazilərdə üç saat işıq olmayacaq 07:44 Susuzluğu hansı daha yaxşı yatırır? Qarpız və çiyələk müqayisə edildi 00:17 Bu əşyaları uzadıcıya taxmayın! Yanğın baş verə bilər 23:51 İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı 23:30 2000-ci illərin mətbəx dəbi yenidən qayıdır - Amma bu dəfə fərqli görünüşdə 23:23 Pişiyiniz siz evdə olmayanda nə edir? - Mütəxəssislər açıqladı 23:18 “Hörümçək-adam” rekordu toruna saldı: 167 milyon dollar 23:09 Все новости