Yaponiya on qram torpaq üçün Marsa aparat göndərir

Yaponiya on qram torpaq üçün Marsa aparat göndərir
27.06.2026 06:00

Marsın peyki Fobosdan torpaq nümunələri toplamaq üçün nəzərdə tutulmuş yapon kosmik aparatı Taneqasima adasındakı kosmodroma çatdırılıb və buraxılışa hazırlıq mərhələsindədir.

TodayPress TV xəbər verir ki, bu barədə "Kyodo" informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, missiyanın 2026-cı ilin payızında ağır "H3" daşıyıcı raketi vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Marsa qədər olan uçuş təxminən bir il davam edəcək. MMX (Martian Moons eXploration) missiyasının kosmik zondu 2027-ci ildən 2030-cu ilə qədər Marsın təbii peykləri olan Fobos və Deymosu tədqiq edəcək.

Qurğunun eniş aparatı Fobosa eniş edərək oradan ən azı 10 qram torpaq nümunəsi götürməlidir. 2031-ci ildə isə zondun içərisində torpaq nümunələri olan kapsulu Yer kürəsinə çatdırması gözlənilir.

Bu kosmik missiya Qırmızı planetin peyklərinin mənşəyini aydınlaşdırmaq məqsədilə hazırlanıb. Tədqiqat çərçivəsində Fobosa kiçikölçülü özüyeriyən modulun endirilməsi də nəzərdə tutulur.

Xatırladaq ki, 2019-cu ilin fevralında Yaponiyanın "Hayabusa-2" zondu Ryuqu asteroidindən süxur nümunələri götürmüşdü. 2020-ci ilin dekabrında isə aparat nümunələrin olduğu kapsulu Avstraliyadakı poliqona çatdırmışdı. Bundan sonra zond başqa bir asteroidi öyrənmək üçün yeni ekspedisiyaya yola düşmüşdü.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
11 августа 2026
Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü 12:01 “Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Xəzəryanı ölkələr İranda toplanacaq 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 В прямом эфире распространили новость о смерти британского короля 11:38 Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu 11:29 Социальный джетлаг(jetlag) может нарушить режим сна 11:07 Ədliyyə sistemində dəyişiklik edildi 11:18 Harri Keyn Münhendə qalır! “Bavariya”dan uzunmüddətli plan 11:15 Qaluzin Ermənistanla bağlı açıqlama verdi 11:12 Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı 11:05 Сильное землетрясение в Колумбии: число погибших превысило 100 человек 08:36 Заявление ЦИУТ по поводу «радаров, фиксирующих автомобили сзади» 10:51 Rusiyanın ən iri neft zavodlarından birinə PUA hücumu - VİDEO 10:43 Bu günə olan valyuta məzənnələri 10:28 Цена азербайджанской нефти превысила 95 долларов 10:22 Bakıda avtomobil salonunda yanğın olub - VİDEO 10:18 Yeni radar avtomobilləri arxadan da çəkəcək ? - VİDEO 10:10 Золото и серебро подорожали еще больше 10:03 “Sabah” Çempionlar Liqasında tarix yazmaq üçün meydana çıxır! 09:56 Voronejdə PUA hücumu: ölən və yaralananlar var - VİDEO 09:53 Dünya ulduzu “Fənərbağça”ya gəlir! Lukaku üçün son detallar 09:28 Текущая картина мировых фондовых рынков 09:25 Фанаты Роналду по ошибке пришли на чужую свадьбу и устроили хаос 09:41 Все новости