Venesuelada səfərbərlik elan edildi

Venesuelada səfərbərlik elan edildi
03.01.2026 13:32

Venesuelada səfərbərlik elan edilib

TodayPress TV xəbər verir ki, bunu Venesuelanın xarici işlər naziri İvan Hil Pinto bəyan edib.

Qeyd olunub ki, Venesuela Bolivar Respublikasının hökuməti ABŞ-nin Karakasda, eləcə də Miranda, Araqua və La-Quayra ştatlarında mülki və hərbi obyektlərə qarşı həyata keçirdiyi “kobud hərbi təcavüzü” kəskin şəkildə pisləyir.

Bəyanatda qeyd olunub ki, ABŞ-nin bu hərəkətləri BMT nizamnaməsini pozur, Latın Amerikası və Karib regionunda sülh və sabitliyə təhdid yaradır və milyonlarla insanın həyatını təhlükə altına qoyur.

Bildirilir ki, Prezident Nikolas Maduro əhalinin və dövlət institutlarının qorunması məqsədilə ölkə üzrə milli müdafiə planlarının tətbiq edilməsi barədə göstəriş verib və bütün ölkə ərazisində “xarici təhlükə vəziyyəti”nin elan olunması haqqında fərman imzalayıb.

Venesuela bütün sosial və siyasi qüvvələri səfərbərliyə, təcavüzə qarşı aktiv müqavimət göstərməyə və ölkənin silahlı müdafiəsinə hazır olmağa çağırıb.

Qeyd olunur ki, eyni zamanda Venesuelanın diplomatik qurumları ABŞ-nin təcavüzü məsələsini BMT Təhlükəsizlik Şurasında, həmçinin CELAC və Qoşulmama Hərəkatı çərçivəsində qaldıraraq Vaşinqtonun pislənməsini və məsuliyyətə cəlb olunmasını tələb edəcəklər.

Venesuela BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq qanuni özünümüdafiə hüququna malik olduğunu bəyan edib və Latın Amerikası, Karib regionu ölkələrini, eləcə də bütün dünyanı həmrəylik nümayiş etdirməyə çağırıb.

TodayPress TV


ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Все новости