İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir

İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
27.02.2026 04:33

İran hakimiyyəti 2025-ci ilin iyununda ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində zədələnmiş nüvə obyektlərini bərpa edir və mümkün yeni hücum təhlükəsi fonunda onları möhkəmləndirir.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Xüsusilə, İran tərəfi İsfahan şəhərində yerləşən ən böyük nüvə kompleksində yeraltı girişləri hermetikləşdirir. Müşahidəçilərin fikrincə, bu addım hava zərbələri nəticəsində çökmələrin qarşısını almaq və dərin nüfuz edən sursatlara qarşı zəif nöqtələri aradan qaldırmaq məqsədi daşıyır.

Bərpa işləri Natanz şəhərində də davam edir. Uranın zənginləşdirilməsi üzrə zədələnmiş müəssisənin üzərində yeni dam inşa olunub.

Bundan əlavə, İran Natanzdakı nüvə obyektlərinin yaxınlığında, Kolanq-Qaz-La dağı altında yerləşən yeraltı qurğuya aparan iki tunelin konstruksiyasını möhkəmləndirir.

Eyni zamanda, Pərçin hərbi kompleksinin ərazisində yeni struktur inşa olunub. İsrail həmin obyekti 2024-cü ilin payızında hədəfə almışdı. Burada partlayıcı maddələrin sınaqları keçirilirdi və agentlik əlavə edir ki, bu texnologiyalar nüvə başlığının yığılmasında da istifadə oluna bilər.

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var - VİDEO 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 “Qarabağ” qələbə qazandı - YENİLƏNDİ 19:41 Rusiya NATO-nun qapısına qədər gəlib - Peykdən görüntülər 21:10 Şəmkirdəki qəzada ölən və yaralananların kimliyi məlum oldu 18:18 Netanyahu razılaşdı - Qəzzada nə baş verəcək? 20:45 Pentaqon çarəsiz qaldı - Hörmüzdə plan tapa bilmir 20:33 Xırdalan sakinlərinin NƏZƏRİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi 20:20 ABŞ səfirliyi 40 min manat maaşa işçi axtarır 20:10 “Krım da Qarabağ kimi azad olacaq” - Ukraynalı səfirdən diqqətçəkən çıxış 20:01 Kabildə dəhşətli partlayış - Məktəblilərin də yaralandığı hadisənin DETALLARI - VİDEO 19:49 Bütün Xəbərlər