Ukrayna Rusiyanın qulağını dağıtdı - Kosmik rabitə mərkəzi darmadağın edildi - VİDEO

Ukrayna Rusiyanın qulağını dağıtdı - Kosmik rabitə mərkəzi darmadağın edildi - VİDEO
22.06.2026 14:25

Bu gün Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Moskva vilayətində yerləşən “Dubna” kosmik rabitə mərkəzinə zərbə endirib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Obyekt ərazisində güclü tüstülənmə müşahidə olunur. Zərərin miqyası dəqiqləşdirilir”, – məlumatda bildirilir.

Açıqlamada qeyd olunur ki, Ukrayna hərbçiləri Luqansk vilayətinin Debaltsevo rayonu ərazisində pilotsuz uçuş aparatları operatorlarının hazırlanması üçün istifadə olunan poliqonu, eləcə də Donetsk vilayətinin Mirnoqrad və Perebudova rayonlarında PUA idarəetmə məntəqələrini vurub.

Həmçinin Rusiya ərazisində, Belqorod vilayətinin İlek-Penkovka rayonu və Donetsk vilayətinin Pokrovsk istiqamətində komanda-müşahidə məntəqələrinin məhv edildiyi bildirilib.

Bundan əlavə, Ukrayna ordusu Zaporojye vilayətinin Vasilyevka rayonu yaxınlığında Rusiya ordusunun qoşun və təminat daşımaları üçün istifadə etdiyi avtomobil körpüsünün də vurulduğunu açıqlayıb.

“Əlavə məlumatların təhlili nəticəsində iyunun 21-də Krasnodar diyarında yerləşən “Qafqaz” limanının infrastrukturuna və iki avtomobil bərəsinə zərbə endirildiyi təsdiqlənib. Bu obyektlər Ukraynanın cənub bölgələrindəki Rusiya qüvvələrinin təminatı üçün istifadə olunur”, – Baş Qərargahın məlumatında qeyd olunur.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
11 августа 2026
Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ 15:49 Сильное землетрясение в Колумбии: число погибших превысило 100 человек 08:36 Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 США продали захваченные российские суда в Дубае 15:44 Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA 15:39 Abşeron çimərliklərində sabah hava necə olacaq? 15:31 PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro 15:23 Удар дрона по автомобилю в Ливане: есть раненые 15:18 PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib 15:04 Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Объявлены цели России в Украине — ШОКИРУЮЩИЙ СЦЕНАРИЙ 13:44 “Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 Столкнулись фура и легковой автомобиль, есть пострадавшие — ФОТО 13:14 Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR 13:09 Все новости