“Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!”

“Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!”
11.08.2026 13:45

21 yaşlı rusiyalı tennisçi, “World Tennis” (ITF) səviyyəsində iki turnirin finalçısı Ruslan Tyukayev ATP turunun iştirakçıları və tennisdəki kumirləri barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, Tyukayev uşaqlıqda Rocer Federerin oyun tərzinə heyran olduğunu bildirib. O, daha sonra Novak Cokoviçin əzmkarlığından və Rafael Nadalın mental gücündən nümunə götürdüyünü qeyd edib.

“Uşaqlıqda oyununun gözəlliyinə və rahatlığına görə Rocer Federeri özümə nümunə götürürdüm. Sonra bir müddət Cokoviçə baxırdım – onun nə qədər əzmkar olduğunu görürdüm. Nadalın da mentalitetindən bir qədər nümunə götürürdüm. Onun psixoloji gücü inanılmazdır. İnsan tamamilə tükənmiş vəziyyətdə olsa belə, yenə də mübarizə aparır. Buna görə də hər birindən müəyyən xüsusiyyətləri götürməyə çalışmışam”, – deyə tennisçi bildirib.

Tyukayev hazırda izləməkdən ən çox zövq aldığı tennisçinin Karlos Alkaras olduğunu söyləyib:

“Hazırda oyunlarını izləməyi ən çox sevdiyim tennisçi Karlos Alkarasdır. Məsələn, Aleks de Minora da baxa bilərəm, çünki o, inanılmaz fiziki formadadır, qaçır və yorulmur. Amma Karlos tamam başqa səviyyədir. O, hər şeyi bacarır: topu oyunda saxlaya, sürəti artıra, lazım olan anda qısa zərbə vura və servis edə bilir. Sadəcə, ideal oyunçudur”.

Rusiyalı tennisçi Alkarasın “Böyük üçlük”ün ən yaxşı vaxtlarındakı üzvləri ilə qarşılaşmasının da maraqlı olacağını vurğulayıb.

“Çox maraqlı olardı ki, onun həmin üçlüyün pik dövründəki nümayəndələrinə qarşı necə oynadığını görəydik. Çox maraqlı matçlar alınardı”, – deyə Tyukayev əlavə edib.

Namiq HUN

XƏBƏR LENTİ
11 AVQUST 2026
Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Rusiyanın Ukraynadakı hədəfləri açıqlandı - ŞOK SSENARİ 13:44 “Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var - FOTO 13:14 Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR 13:09 Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO 12:57 Sabah hava necə olacaq ? 12:42 Uitkoff Naxçıvanla bağlı açıqlama verdi 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Bəzi yerlərdə leysan yağıb 12:26 Tramp İran üçün 3 ssenarini açıqladı – “Çox sərt zərbə vura bilərik” 12:21 Husilər Səudiyyə gəmisini vurdu - ekipaj üzvləri həlak oldu 12:16 PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir 12:06 Gözlər İlham Əliyevin Naxçıvana tarixi səfərində - Müharibədən sonra ilk 12:09 Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü 12:01 “Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Bütün Xəbərlər