"The War Zone": ABŞ yeni və güclü nüvə aviabombası hazırlayır

"The War Zone": ABŞ yeni və güclü nüvə aviabombası hazırlayır
03.05.2026 03:00

ABŞ-nin Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) strateji əhəmiyyətli, dərinlikdə yerləşən yeraltı bunkerləri məhv etmək üçün nəzərdə tutulmuş yeni və yüksək gücə malik atom aviabombasının hazırlanmasına başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The War Zone" nəşri məlumat yayıb.

Bildirilib ki, "Nuclear Deterrent System-Air-delivered" (NDS-A) layihəsinin icrasına başlamaq üçün artıq təxminən 100 milyon dollar vəsait ayrılıb. Aviabombanın gücü təxminən 400 kiloton təşkil edəcək. Yeni silahın istehsalında mövcud nüvə beton-dağıdıcı sursatların, o cümlədən “B61-11”, “B61-12” və “B61-13” modellərinin elementlərindən istifadə olunacaq.

Nəşr qeyd edir ki, silahın havadan atılacağı məlum olsa da, hazırda onun konstruksiyası barədə açıq mənbələrdə heç bir ətraflı məlumat yoxdur.

Ehtimal olunur ki, yeni aviabomba onu idarəolunan və daha dəqiq edən quyruq hissəsi ilə təchiz ediləcək. Bu, bombanı paraşütlə endirmək əvəzinə, yüksək hündürlükdə uçan təyyarədən buraxmağa imkan verəcək. Bomba hədəfə doğru kilometrlərlə məsafəni avtonom şəkildə qət edəcək və zərurət yarandıqda istiqamətini korreksiya edəcək. Bombanın, həmçinin raket sürətləndiricisi ilə təchiz edilməsi də mümkündür. Bütün bunlar təyyarələrə sursatı qorunan hədəfdən kifayət qədər təhlükəsiz məsafədə buraxmaq imkanı verəcək.

Bu ağır nüvə aviabombaları ilə "B-2 Spirit" strateji bombardmançılarını və hazırda hazırlanmaqda olan "B-21 Raider" təyyarələrini silahlandırmaq planlaşdırılır. Sursat arsenalı ABŞ ərazisində yerləşdiriləcək.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Все новости