Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi

Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi
05.08.2026 21:08

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rüşvət almaqda ittiham edilən sabiq rəisi İlham Haqverdiyevin barəsində olan cinayət işi üzrə qərar dəyişdirilib.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində prokurorluğun məhkəmə qərarından verdiyi apellyasiya protestinə baxılıb. Protest qismən təmin olunub.

Məhkəmənin qərarı ilə onunla bağlı cərimə cəzası ləğv olunub, barəsində 8 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi (Şərti məhkum etmə) tətbiq olunub, iki il sınaq müddəti təyin olunmaqla, cəzası şərti sayılıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, İlham Haqverdiyevə 15 min manat cərimə cəzası tətbiq olunub. Həbsdə olan təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib.

XƏBƏR LENTİ
05 AVQUST 2026
Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 Çempionlar Liqası: "Orhus" - "Sabah" matçında hesab açıldı - YENİLƏNDİ 21:13 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bütün Xəbərlər