Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM

Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM
05.08.2026 23:20

Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu Ukraynanın ABŞ-dəki keçmiş səfiri Olqa Stefanişinaya qarşı yeni ittiham irəli sürüb.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi öz "Telegram" kanalında məlumat yayıb.

Mərkəzin məlumatına görə, söhbət qanunsuz varlanmadan gedir. Xüsusilə, Stefanişinanın tapşırığı ilə üçüncü şəxslər tərəfindən əmlakın əldə edilməsi faktlarının müəyyənləşdirildiyi bildirilir. O, iki mənzili, həmin daşınmaz əmlakın təmirinə xərclənən maliyyə vəsaitini və daha bir mənzilin icarə haqqını bəyan etməyib.

Həmçinin bildirilir ki, Stefanişina anasının müalicəsinə və aviabiletlərə xərclənən vəsaitləri də bəyan etməyib. Qeyd olunan xərclərin şübhəli şəxsin gəlirlərini və qənaət etdiyi vəsaitləri üstələdiyi vurğulanır. Hazırda məhkəmə onun barəsində qətimkan tədbiri seçilməsi məsələsinə baxır.

Stefanişinanın işi üzrə prokuror qeyd edib ki, onun əldə etdiyi aktivlərin ümumi dəyəri 13,9 milyon qrivnanı (təxminən 528 780 manat) ötür.

Avqustun 3-də Ukrayna Prezidenti Volodimir Zelenski Stefanişinanın ABŞ-dəki səfir vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. O bu vəzifəni 2025-ci ilin avqustundan tuturdu. Stefanişina iyulun 12-də istefa ərizəsi vermişdi.

İyul ayında ona qarşı ağır nəticələrə səbəb olan hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb. Xüsusilə, Stefanişina Avropa qanunvericiliyinin təhlili zamanı 2,5 milyon qrivnanı (təxminən 95 100 manat) mənimsəməkdə ittiham olunur.

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
4 mərtəbəli bina UÇDU - Axtarış işləri aparılır 23:54 "ABŞ və İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi" - Pezeşkian 23:42 Sürücülərin NƏZƏRİNƏ!: Bakının daha üç küçəsində təmir işləri aparılacaq 23:30 Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM 23:07 Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub oldu 21:13 Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI 23:03 Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Bütün Xəbərlər