SEPAH ABŞ bazalarına ilk dəfə Zülfüqar raketi ilə zərbələr endirdi
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regiondakı ABŞ bazalarına zərbələr endirmək üçün ilk dəfə bərk yanacaqlı "Zülfüqar" ballistik raketlərindən istifadə olunduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, SEPAH-ın müvafiq bəyanatını "Mehr" agentliyi yayıb.
Bildirilib ki, "Gerçək vəd - 4" əməliyyatı çərçivəsində həyata keçirilən 76-cı və 77-ci hücum dalğaları zamanı SEPAH regiondakı Amerika maraqlarına və bazalarına zərbələr endirmək üçün ilk dəfə bərk yanacaqlı "Zülfüqar" raketlərindən istifadə edib.
Məlumata görə, raketlər ABŞ-nin "Əl-Dafra", "Viktoriya", ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı, "Ali əs-Salem" və "Əl-Xarc" bazalarını uğurla vurub.