Memorandumun imzalandı - ABŞ və İran arasında müharibə bitdi?

Memorandumun imzalandı - ABŞ və İran arasında müharibə bitdi?
18.06.2026 08:50

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran və ABŞ arasında münaqişəyə son qoyulmasını nəzərdə tutan memorandumun imzalandığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, Bəqainin sözlərinə görə, sənəd elektron şəkildə imzalanıb və mətn artıq tam hazırdır.

O bildirib ki, memorandumun İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiqlənməsi nəzərdə tutulur.

Diplomat qeyd edib ki, dövlət başçıları tərəfindən imzalanan sənədlərin pozulmasının siyasi baxımdan daha ağır nəticələri olur.

Ağ Ev də Donald Trampın Fransanın Versal şəhərində memorandum imzaladığını əks etdirən görüntülər yayıb. Kadrlarda ABŞ dövlət katibi Marko Rubionun sənədi Trampa təqdim etdiyi görünür.

Məlumata görə, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı hərbi əməliyyatlar zamanı 3 mindən çox insan həlak olub. Münaqişə nəticəsində Hörmüz boğazında gəmi hərəkəti ciddi şəkildə məhdudlaşıb, bu isə bir sıra ölkələrdə yanacaq qiymətlərinin artmasına səbəb olub.

Hərbi əməliyyatların dayanmasından sonra tərəflər danışıqlara başlayıblar. İyunun 15-də isə İran və ABŞ münaqişənin başa çatması ilə bağlı memorandumun tamamlandığını təsdiqləyiblər.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 августа 2026
FIFA-nın böhranı: Klublararası DÇ ləğv oluna bilər 08:46 Misirdə güclü zəlzələ baş verib - VİDEO 08:43 Belqorodda universitet binasına hücum: PUA İDDİASI - VİDEO 08:38 “Brent” neftinin qiyməti kəskin azaldı 08:09 Fridrix Merts istefa verə bilər 07:58 Vaşinqtonda alovun qarşısı alınmır: Trampdan yardım istədilər 07:52 Yasamalda bir sıra ərazilərdə üç saat işıq olmayacaq 07:44 Susuzluğu hansı daha yaxşı yatırır? Qarpız və çiyələk müqayisə edildi 00:17 Bu əşyaları uzadıcıya taxmayın! Yanğın baş verə bilər 23:51 İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı 23:30 2000-ci illərin mətbəx dəbi yenidən qayıdır - Amma bu dəfə fərqli görünüşdə 23:23 Pişiyiniz siz evdə olmayanda nə edir? - Mütəxəssislər açıqladı 23:18 “Hörümçək-adam” rekordu toruna saldı: 167 milyon dollar 23:09 “Dünyanın ən bahalı buz kubu”nun sirri: Onu niyə ABŞ-a gətirdilər? 00:09 İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər 00:04 Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Все новости