Kaliforniya Floridadan yardım təklifini rədd etdi: "Xaosun dərinləşməsinə imkan verməyəcəyik"

Kaliforniya Floridadan yardım təklifini rədd etdi: "Xaosun dərinləşməsinə imkan verməyəcəyik"
11.06.2025 15:29 Dünya

Kaliforniya ştatının qubernatoru Qeivin Nyusom, Los-Ancelesdə davam edən etirazların qarşısının alınması üçün Florida ştatından təklif olunan yardımı rədd edib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Miami Herald" nəşrinə qubernatorun mətbuat katibi Diana Krofts-Pelayo məlumat verib.

“Milli qvardiyanın ehtiyac olmadığı bir şəraitdə, Kaliforniya qubernatoru DeSantisin müdaxiləsini və xaotik vəziyyəti daha da dərinləşdirmə cəhdini rədd etdik. Onsuz da şəhərdəki vəziyyət onun partiyasının lideri - prezident Donald Tramp tərəfindən kifayət qədər gərginləşdirilib”, - deyə Krofts-Pelayo bildirib.

Xatırladaq ki, Florida ştatının qubernatoru Ron DeSantis "Fox News" kanalına verdiyi müsahibədə bildirmişdi ki, Kaliforniyadakı vəziyyəti sabitləşdirmək üçün həmkarına yardım təklif edib, lakin bu təklif qəbul edilməyib. Məlumata görə, söhbət Florida Milli Qvardiyasının Los-Ancelesə göndərilməsindən gedir.

Bununla yanaşı, ABŞ prezidenti Donald Trampın göstərişi ilə Los-Ancelesə iki min nəfərlik Milli Qvardiya qüvvələrinin göndərilməsinə dair qərarın qarşısını almaq məqsədilə Nyusom tərəfindən verilmiş məhkəmə iddiası da federal hakim tərəfindən rədd edilib.

Qeyd edək ki, etiraz aksiyaları Los-Ancelesdə iyunun 6-da ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) qeyri-qanuni miqrantlara qarşı reydi fonunda başlayıb və hələ də səngimək bilmir.

Məlumata görə, Trampın Milli Qvardiyanı şəhərə yeritmək qərarından sonra iğtişaşlar mərkəzə doğru yayılıb və aksiyalar getdikcə daha aqressiv hal alıb.

Töhfə Səməd 

XƏBƏR LENTİ
31 IYUL 2026
Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti zərbəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 Bütün Xəbərlər