İsrail erməniləri məyus edəcək qərar verdi
İsrail parlamenti - Knessetdə Osmanlı İmperiyasında baş vermiş hadisələrin “erməni soyqırımı” kimi tanınmasını nəzərdə tutan qanun layihəsinə baxılması təxirə salınıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Jerusalem News Syndicate” İsrail rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, qanun layihəsi üzrə səsvermə dayandırılıb və məsələ hələlik Knessetin gündəliyinə çıxarılmayacaq. Səsvermənin nə vaxt keçiriləcəyi barədə isə məlumat verilməyib.
Qeyd edək ki, ötən ay İsrail hökuməti Osmanlı imperiyasında 1915-ci il hadisələrini "soyqırımı" kimi qiymətləndirmək təklifini təsdiqləyib. Azərbaycan XİN isə ciddi narahatlığını ifadə edib və İsraili bu qərara yenidən baxmağa çağırıb.
Kübra Musayeva